Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 62  Bakı şəhəri, 8 aprel 2013-cü il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "2010-cu il dekabrın 29-da imzalanmış "Azərbaycan Respublikası hökuməti və Amerika Birləşmiş Ştatlarının "Uşaqların Xilası" (Save the Children) Təşkilatı arasında Uşaq və Ailələrə Dəstək mərkəzlərinin təhvili haqqında Saziş"in təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 1328 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 may tarixli 92 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹5, maddə 470) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"na aşağıdakı sözlər əlavə edilsin:

 

"Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi

Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi

Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi

Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi

Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi

Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi"

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 3.