Nazir vətəndaşları dinlədi

 

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov cənub bölgəsinin əhatə etdiyi Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının vətəndaşları ilə görüşüb. Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən görüşdə nazir tədbirə toplaşanların şikayət və təkliflərini dinləyib.

Görüşdə nazirlə birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri də iştirak edib və cənub bölgəsinin 50-dən çox vətəndaşının müraciətinə baxıb.

Tədbirdə ətraf mühitin ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi  s. məsələlərlə bağlı şikayət təkliflər dinlənilib. Nəticədə vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb. Şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülüb.

Burada eyni zamanda bəzi şəxslər tərəfindən şəxsi mahiyyət daşıyan müraciətlər edilib. Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib ki, mümkün olacağı təqdirdə onlara da müvafiq kömək göstərilsin.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu xarakterli görüşlərin digər regionlarda da təşkil edilməsi nəzərdə tutulur.

 

 

Azərbaycan.- 2013.- 10 aprel.- S. 4.