Ağcabədidə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə kitab sərgiləri keçirilmişdir

 

Ağcabədidə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə maraqlar üzrə yaradıcı gənclər klubu və rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Ağcabədi və ağcabədililər"  mövzusunda kitab sərgisi keçirilmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi ziyarət olunmuş, önünə gül-çiçək dəstələri düzülmüşdür.

Sərginin ziyarətçiləri Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.

Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən sərgidə ağcabədili müəlliflərin 100-dən çox kitabı, həmçinin qəzet və jurnallar nümayiş olunmuşdur.

Sərginin açılış mərasimində çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin zəngin həyatı və çoxşaxəli fəaliyyətindən, ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan danışmışlar.

Kitab sərgiləri sakinlərin marağına səbəb olmuş və razılıqla qarşılanmışdır.

 

 

Azərbaycan.-2013.- 13 aprel.- S.6.