Azərbaycanın görkəmli teatrkino aktyoru, xalq artisti Nodar Şaşıqoğlu son mənzilə yola salınmışdır

 

Aprelin 12-də görkəmli teatr və kino aktyoru, Azərbaycanın və Rusiyanın xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Nodar Şaşıqoğlu son mənzilə yola salınmışdır.

AzərTAc xəbər verir ki, vida mərasimində hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak etmişlər.

Mərhumun cənazəsi Aktyorlar Evinin səhnəsində qoyulmuşdu.

Salonda həzin matəm musiqisi səslənirdi.

Sənətkarın tabutu önünə hökumət təşkilatları müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Nodar Şaşıqoğlunun həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın Aktyorlar Evinə gəlir, görkəmli sənətkara gözəl insana son borclarını verirdilər.

Vida mərasimində görkəmli sənətkar Nodar Şaşıqoğlunun həyat yaradıcılığından danışan mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev aktyorun Azərbaycan teatrında çox böyük iz buraxdığını vurğulamışdır. Bildirmişdir ki, Nodar Şaşıqoğlu sağlığında dövlətin diqqət qayğısı ilə daim əhatə olunaraq "Şöhrət" ordeninə layiq görülmüş, Prezident təqaüdü almışdır.

Aktyorla bağlı əziz xatirələrini bölüşən Ə.Vəliyev qeyd etmişdir ki, Nodar Şaşıqoğlu 1927-ci ildə Tbilisidə dünyaya gəlmiş, "Mosfilm", "Dovjenko", "Odessa", "Azərbaycanfilm" kinostudiyalarında işləmişdir. Azərbaycan səhnəsində onlarla bir-birindən maraqlı rollar oynayan aktyor "Uzaq sahillərdə" filmində qəhrəman Mehdi Hüseynzadənin obrazından sonra xalqın yaddaşında "Mixaylo" kimi qalmışdır.

"Mədəniyyət" telekanalının rəhbəri, kinoşünas Cəmil Quliyev, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorları - xalq artistləri Aleksandr Şarovski Məbud Məhərrəmov çıxış edərək görkəmli sənətkarın Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətlərindən danışmış, onunla bağlı xatirələrini bölüşmüş, aktyorun vəfatını böyük itki hesab etmişlər. Bildirmişlər ki, Nodar Şaşıqoğlu kimi əfsanəvi aktyorun ölümü Azərbaycan mədəniyyəti kinomuz üçün böyük itkidir. Azərbaycan tamaşaçılarına "Mixaylo" obrazı ilə əziz olan Nodar Şaşıqoğlu "Onun böyük ürəyi", "Uzaq sahillərdə", "Əsl dost", "Matteo Falkone", "Səhər", "Bizim küçə", "Leyli Məcnun", "Telefonçu qız", "De ki, məni sevirsən!", "Sevinc buxtası" filmlərində çəkilmişdir.

Mərhumun ailə üzvləri istedadlı sənətkarın xatirəsinə göstərilən hörmət ehtirama görə dərin minnətdarlıqlarını  bildirmişlər.

Sonra görkəmli aktyorun cənazəsi son mənzilə yola salınmışdır.

 Xalq artisti Nodar Şaşıqoğlu İkinci Fəxri xiyabanda torpağa tapşırılmışdır.

Allah rəhmət eləsin!

 

 

Azərbaycan.-2013.- 13 aprel.- S.9.