«Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununu  "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli 431-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 10, maddə 569; 2001, ¹ 12, maddə 736; 2005, ¹ 8, maddə 692; 2006, ¹ 11, maddə 928; 2007, ¹ 6, maddə 560; 2008, ¹ 8, maddə 695, ¹ 11, maddə 960; 2009, ¹ 12, maddə 966) 2-ci maddəsində "ictimai qaydanın mühafizəsinin və milli təhlükəsizliyi" sözləri "fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2013-cü il

 

Azərbaycan.-2013.- 14 aprel.- S.1.