İsrail Dövlətinin Prezidenti zati-aliləri cənab Şimon Peresə

 

Hörmətli cənab Prezident!

İsrail Dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra daha da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 14 aprel.- S.1.