Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Barak Obamaya

 

Hörmətli cənab Prezident!

Boston şəhərində törədilmiş partlayışlar nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər məni son dərəcə kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 17 aprel.- S.5.