Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşavirini və ABŞ Beynəlxalq İnkişaf Agentliyi administratorunun müavinini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melianı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi Administratorunun Avropa və Avrasiya üzrə müavini xanım Aleksander Peyci qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Azərbaycan Silahlı Qüvvələrinin Beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti qeyd edildi, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 18 aprel.- S.5.