İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Mahmud Əhmədinejada

 

Hörmətli cənab Prezident!

Ölkənizin cənub-şərqində baş vermiş zəlzələnin doğurduğu ağır nəticələr barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından  dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 17 aprel.- S.5.