Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Prezidenti İlham Əliyevin Mingəçevir şəhərinə səfəri

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Mingəçevir şəhərində səfərdə olmuşdur.

Dövlət başçısı yeni inşa olunan Heydər Əliyev Mərkəzinin qarşısında xalqımızın ümummilli liderinin abidəsi önünə gül dəstəsi qoydu.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  Prezident İlham Əliyevə məlumat verdi ki, yeni ucaldılan abidənin müəllifi xalq rəssamı Ömər Eldarovdur. Abidənin ətrafında abadlıq işləri görülmüş, yaşıllıq zolaqları salınmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 18 aprel.- S.1.