Makedoniya Respublikasının Baş naziri Nikola Qruevski Azərbaycana rəsmi səfərə gəlmişdir

 

Makedoniya Respublikasının Baş naziri Nikola Qruevski aprelin 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və Makedoniyanın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Makedoniya Respublikasının Baş nazirini Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Makedoniyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 19 aprel.- S.2.