Tareq UBRU: Azərbaycan dünyəvilik nümunəsidir

 

Aprelin 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransanın Bordo şəhər məscidinin rəhbəri Tareq Ubrunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə E.Məmmədyarov Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu demiş, ölkəmizdə tarixən bütün dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşadığını vurğulamışdır. Nazir qeyd etmişdir ki, dünyada sülhü təşviq edən İslam dininin terrorla əlaqələndirilərək təqdim edilməsi çox yanlış bir addımdır.

Azərbaycanı dünyəvilik nümunəsi adlandıran T.Ubru ölkəmizdə yüksək tolerantlığın şahidi olduğunu vurğulamışdır. Azərbaycanın təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edən T.Ubru bildirmişdir ki, ölkəmizin haqq səsinin Avropaya çatdırılmasında, Fransa ilə münasibətlərin daha da genişləndirilməsində köməklik göstərməyə hazırdır.

 

 

Azərbaycan.-2013.- 19 aprel.- S.8.