Gəncədə «Heydər Əliyev və Azərbaycanda din siyasəti» mövzusunda «dəyirmi masa»

 

Gəncə Dövlət Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda din siyasəti" mövzusunda "dəyirmi masa"  keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə universitetin rektoru Yadigar Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına  həssaslıqla yanaşan ulu öndər Heydər Əliyevin gördüyü işlərdən danışmışdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad  Salahlının "Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması" mövzusunda məruzəsi dinlənildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev, AMEA-nın Gəncə Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə, Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov, Qafqaz Müsəlmanları İdarəsinin Gəncəbasar üzrə nümayəndəsi Hacı Tahir, "Şah Abbas" cümə məscidinin dini icmasının rəhbəri Əlisəftər Səfərəliyev və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin tez-tez din xadimləri ilə keçirdiyi görüşlərdən, bu sahədə onlara verdiyi məsləhət və tövsiyələrdən danışmış, xalqın milli-mənəvi dəyərlərinin qorunmasında göstərdiyi xidmətlərdən, bütün bu xidmətlərin nəticəsi olaraq Azərbaycanı tolerant ölkə kimi tanıtmasından söhbət açmışlar.

 

 

Azərbaycan.-2013.- 19 aprel.- S.9.