«Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 564; 2001, ¹ 5, maddə 298, ¹ 11, maddələr 676, 698; 2002, ¹ 1, maddə 9, ¹ 8, maddə 463; 2003, ¹ 8, maddə 424; 2004, ¹ 2, maddə 57, ¹ 11, maddə 901; 2005, ¹ 4, maddə 277, ¹ 10, maddə 874, ¹ 11, maddə 993; 2006, ¹ 12, maddə 1027; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddələr 1053, 1091; 2008, ¹ 2, maddə 49, ¹ 6, maddələr 453, 463, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 47, ¹ 4, maddə 210, ¹ 12, maddə 948; 2010, ¹ 7, maddə 598; 2011, ¹ 2, maddə 71, ¹ 4, maddə 255, ¹ 6, maddə 469, ¹ 12, maddə 1097; 2012, ¹ 5, maddə 402, ¹ 7, maddə 671) 35-ci maddəsinin VIII hissəsi aşağıdakı redaksiyada verilsin:

 

"VIII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:

1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);

3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz;

4) bu qanunun 34-cü maddəsinin V hissəsinin 2-4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış.

Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 20 aprel.- S.2.