Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatmışdır

 

Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Baş naziri Nikola Qruevskinin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 19-da başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Baş naziri Nikola Qruevskini hava limanında Baş nazirin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola saldılar.

 

 

Azərbaycan.-2013.- 20 aprel.- S.3.