I Beynəlxalq kimyakimya mühəndisliyi konfransı davam edir

 

Xəbər verdiyimiz kimi, Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq kimyakimya mühəndisliyi konfransı keçirilir. AzərTAc xəbər verir ki, aprelin 19-da konfrans işini Bakı Dövlət Universitetində (BDU) azərbaycanlı və xarici ölkə alimlərinin, respublikanın tanınmış kimyaçılarının, görkəmli elm xadimlərinin iştirakı ilə davam etdirmişdir.

Konfransın plenar iclasında BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov aprelin 17-dən işə başlayan beynəlxalq konfrans haqqında məlumat vermişdir. Bildirmişdir ki, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, BDU, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Türkiyənin Atatürk Universiteti və digər qurumların təşkilatçılığı ilə keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən 100-dən çox kimyaçı alim və mütəxəssis iştirak edir. Tədbirin təntənəli açılış mərasimindən sonra respublikanın müxtəlif elm və təhsil müəssisələrində konfransın plenar iclasları keçirilir. Bu günBDU-da konfrans işini plenar və 6 bölmə iclasında davam etdirəcəkdir.

A.Məhərrəmov beynəlxalq konfransın ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğunu qeyd edərək bildirmişdir ki, ölkəmizdə kimya elmininonun müxtəlif sahələrinin formalaşması və inkişafı ulu öndərin adı ilə bağlıdır. Buna görə də tədbirin məhz ulu öndərin xatirəsinə həsr olunması daha məqsədəuyğundur. Çünki Azərbaycanda neft kimya sənayesinin inkişafında da məhz Heydər Əliyevin tariximisilsiz xidmətləri olmuşdur.

 Vurğulanmışdır ki, XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda elm və təhsilin inkişafı neft kimyası ilə bağlı olmuşdur. Belə ki, məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev neft sahəsindən qazandığı maliyyə vəsaiti hesabına azərbaycanlı gənclərin xaricdə təhsil almasına kömək etmişdir.

Plenar iclasda professorlar Valentin Ananikov, Valeri Buhtiyarov və başqaları kimya sahəsi üzrə müxtəlif mövzularda təqdimatlarla çıxış etmişlər.

Tədbirdə Azərbaycanın görkəmli elm xadimlərindən bəhs edən videoslaydlar nümayiş etdirilmişdir.

Konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

Xatırladaq ki, beynəlxalq konfrans aprelin 21-də başa çatacaqdır.

 

 

Azərbaycan.-2013.- 20 aprel.- S.9.