Soçidə Qara dəniz
Milli İnformasiya
Agentlikləri Assosiasiyasının VI Baş Assambleyası keçirilmişdir
Aprelin
19-da Soçidə Qara dəniz Milli İnformasiya Agentlikləri
Assosiasiyasının (PANİA) VI Baş Assambleyası
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, PANİA-nın Baş Assambleyasında Azərbaycan,
Rusiya, Ukrayna, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Makedoniya və
başqa ölkələrin milli informasiya agentliklərinin rəhbərləri
iştirak etmişlər.
Rusiyanın
İTAR-TASS agentliyinin kollegiyasının sədri Vitali
İqnatenko tədbiri açaraq assambleyanın gündəliyi
barədə məlumat vermişdir.
PANİA-nın
fəaliyyətdə olan sədri, AzərTAc-ın baş
direktoru Aslan Aslanov çıxış edərək
demişdir ki, assosiasiyanın internet resursu sayəsində
oxucular PANİA-nın üzvü olan ölkələr barədə
ən mühüm yeniliklərdən xəbər tutur,
agentliklərimizin jurnalistlərinin fotomaterialları ilə
tanış olurlar.
A.Aslanov
demişdir: "PANİA-nın yaradılması təşəbbüsçülərindən
və onun təsisçilərindən biri AzərTAc
olmuşdur. Hesab edirəm ki, bizim əməkdaşlığımız
təkcə informasiya mübadiləsi ilə məhdudlaşmamalıdır.
Assosiasiya çərçivəsində müxtəlif
mövzularda, məsələn regionda təbiətin
mühafizəsi, idman və digər məsələlərə
dair fotosərgilər və jurnalist yazılarının
müsabiqələrini keçirmək məqsədəuyğun
olardı".
AzərTAc-ın
baş direktoru vurğulamışdır ki, assosiasiyanın fəaliyyətini
gücləndirmək yollarını axtarmaq lazımdır.
Bununla əlaqədar PANİA-nın Baş Katibliyini yaratmaq
olar. Baş Katiblik zəruri təşkilati və əlaqələndirmə
məsələlərini həll edəcəkdir. O
demişdir: "Baş Katibliyə assosiasiyanın üzvü
olan bütün informasiya agentlikləri növbə ilə,
rotasiya qaydasında rəhbərlik edə bilər".
Həm
təşkilatın üzvü olan ölkələr, həm
də xalqların və mədəniyyətlərin tarixində
silinməz izlər qoymuş böyük şəxsiyyətlərlə
bağlı əlamətdar tarixləri birgə
işıqlandırmağı təklif edən A.Aslanov
demişdir: "Bildiyiniz kimi, bu il mayın 10-da Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyi
qeyd ediləcəkdir. Heydər Əliyev təkcə Azərbaycan
xalqı qarşısında deyil, keçmiş Sovet
İttifaqının bütün xalqları
qarşısında çox böyük xidmətlər
göstərmişdir. Buna görə mən sizin
hamınıza Heydər Əliyevin nurlu xatirəsinin ehtiramla
yad edilməsinə qoşulmağı və bununla əlaqədar
bayram təntənələrini sizin informasiya agentlikləri
vasitəsilə işıqlandırmağı təklif edirəm".
A.Aslanov
qeyd etmişdir ki, PANİA-nın və onun saytının fəaliyyətinə
maddi dəstək üçün üzvlük haqları məsələsinə
də baxılmalıdır. Bu, təşkilatın internet səhifəsinin
mobilliyini və effektivliyini artırmağa imkan verər.
Sonra baş direktor Aslan Aslanov PANİA-da sədrliyi AzərTAc-dan
İTAR-TASS-a vermişdir.
İTAR-TASS-ın baş
direktoru Sergey Mixaylov göstərilən etimada
görə təşəkkürünü
bildirərək demişdir
ki, agentlik təşkilatda sədrlik
məsələsinə tam məsuliyyətlə yanaşacaqdır.
Sergey Mixaylov AzərTAc-a
PANİA-nın sədri
vəzifəsində səmərəli
fəaliyyətinə görə
təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, indi AzərTAc sürətlə inkişaf
edən informasiya agentliyidir. S.Mixaylov demişdir: "İTAR-TASS ilə
AzərTAc arasında əməkdaşlıq yüksək
səviyyədədir".
Sonra PANİA-nın
büro üzvləri
seçkisi olmuşdur. AzərTAc-ın
baş direktoru A.Aslanov
PANİA-nın büro üzvü seçilmişdir.
Assambleyanın iştirakçıları
Baş Katiblik yaradılması və təşkilatın üzvü
olan informasiya agentlikləri üçün
üzvlük haqqı
məsələsi barədə
Aslan Aslanovun təkliflərini də qəbul etmişlər. Baş Katibliyin rəhbəri vəzifəsinə
Viktor Çamara seçilmişdir.
"Gələcəyin informasiyası:
dünya və regional
medianın transformasiyasının
əsas meyilləri"
mövzusunda plenar iclasda informasiya agentliklərinin rəhbərləri
agentliklərin qarşılaşdığı
yeni çağırışları,
xəbər strukturlarının
inkişafının müasir
yollarını müzakirə
etmişlər.
Assambleya
çərçivəsində bir sıra agentliklər
informasiya mübadiləsi üzrə ikitərəfli əməkdaşlıq
barədə müqavilələr imzalamışlar.
Azərbaycan.-2013.- 20 aprel.- S.9.