«Yeni Azərbaycan» qəzetinin əməkdaşlarına «Əməkdar jurnalist» fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında mətbuat sahəsində səmərəli fəaliyyətlərinə görə "Yeni Azərbaycan" qəzetinin aşağıdakı əməkdaşlarına "Əməkdar jurnalist" fəxri adı verilsin:

 

Bayramov Nardar Məmməd oğlu

İsmayılov Nadir Nəbi oğlu.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 23 aprel.- S.2.