Latviya Prezidenti Andris Berzinş Azərbaycana rəsmi səfərə gəlmişdir

 

Latviya Respublikasının Prezidenti Andris Berzinş aprelin 23-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Latviya dövlətinin başçısını hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 24 aprel.- S.2.