ABŞ-ın nüfuzlu «The Wall Street Journal» qəzeti: Azərbaycan geniş əhatəli təşəbbüslə korrupsiyanı çökdürür, bürokratiyanı azaldır və dövlət xidmətlərini təkmilləşdirir

 

ABŞ-ın nüfuzlu "The Wall Street Journal" qəzetinin 22 aprel tarixli nömrəsində "ASAN xidmət" haqqında "Azərbaycan geniş əhatəli təşəbbüslə korrupsiyanı çökdürür, bürokratiyanı azaldır və dövlət xidmətlərini təkmilləşdirir" sərlövhəli məqalə dərc olunmuşdur. AzərTAc məqalənin tam mətnini təqdim edir.

"Azərbaycan hökumətinin bürokratiyanın qarşısının alınması, şəffaflığın artırılması, biznesin asanlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində vətəndaşlara geniş sayda dövlət xidmətlərinin göstərilməsinə imkan verəcək xüsusi avtobuslar iyun ayından başlayaraq yola çıxacaqdır. 

Prezident İlham Əliyev "ASAN xidmət"i dövlət qurumlarının fəaliyyətində səmərəliliyi, şəffaflığı, hesabatlılığı artırmaq, korrupsiyanı azaltmaq və islahatları sürətləndirmək məqsədi ilə şəxsən yaratmışdır. "ASAN xidmət"in yaradılması, həmçinin ölkələrin bürokratiyanın qarşısının alınması və proseslərin sadələşdirilməsi istiqamətində gördüyü işləri hər il qiymətləndirən Dünya Bankı tərəfindən "Doing Biznes" (Biznesin həyata keçirilməsi) üçün müəyyən edilən meyarlara tam uyğundur.

"ASAN xidmət" hökumət tərəfindən bütün sahələr üzrə - qeydiyyat sənədlərinin, şəxsiyyət vəsiqələrinin, pasportların verilməsindən tutmuş vergi məsələləri və hüquqi şəxslərin qeydiyyatına qədər geniş xidmətlərin göstərilməsini təmin edir. Azərbaycanda artıq biznesə başlamaq üçün prosedurlar 30-dan 7-yə, xərclər isə yarıyadək endirilmişdir.

Bu mütərəqqi təşəbbüsdən məqsəd bizneslə nəzərdə tutulduğu kimi, vətəndaşlarla da yaxın ünsiyyət qurmaqdır. Bu məqsədlə hökumət "ASAN xidmət"in rayon mərkəzlərinə avtobus turlarını yaratmışdır ki, vətəndaşların dövlət idarələri ilə əlaqələrinin asanlaşdırılmasına və onların xidmətlərindən istifadə etmələri üzrə bütün məsələlərə dəstəyi təmin etsin.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirmişdir ki, xüsusi avtobuslar "ASAN xidmət" mərkəzinin bu il açılmayacağı regionlara və kəndlərə səfər edəcək, vətəndaşlara yerlərdə dövlət xidmətləri göstərəcəkdir.

Artıq 60 min vətəndaş "ASAN"ın xidmətlərindən şəhərdəki mövcud mərkəzlər və çağrı mərkəzi vasitəsilə istifadə etmişdir. İyun ayından başlayaraq avtobuslar bu xidmətlərin daha geniş sayda vətəndaşa göstərilməsini təmin edəcəkdir.

Növbəti mərhələ xarici adamlarının "ASAN xidmət"dən istifadəsini təmin etməkdir. Keçən həftə Bakıda keçirilən konfransda müzakirələr "ASAN"da vizaların və icazələrinin verilməsi mövzusu ətrafında olmuşdur. Bu, həm Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlər, həm də onların təcrübəsindən faydalanan vətəndaşlar üçün yararlı olacaqdır.

"ASAN" vətəndaşlara daha yaxşı xidmətin göstərilməsi məqsədi ilə hökumətin proseslərin sadələşdirilməsi, biznes rahatlığının təkmilləşdirilməsi və korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılması ilə bağlı islahatlarının bir hissəsidir.

Azərbaycan, həmçinin bu il digər Avropa dövlətləri ilə ikiqat vergitutmanın aradan qaldırılması və sərmayələrin qarşılıqlı müdafiəsi haqqında müqavilələrə imza artmışdır".

Məqalənin əslini httr://online.wsy.com/article/PR-CO-20130422-904254.html linkindən, yaxud news.google.com saytında "azerbaijan wsj" yazmaqla oxuya bilərsiniz.

 

 

Azərbaycan.-2013.- 24 aprel.- S.5.