Rəsmi qarşılanma mərasimi

 

Latviya Prezidenti Andris Berzinşin Azərbaycana rəsmi səfəri

 

 Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Andris Berzinşin aprelin 24-də rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Andris Berzinşi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi.

Latviyanın Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycanın dövlət hökumət nümayəndələri Prezident Andris Berzinşə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 25 aprel.- S.1.