Azərbaycan Dövlət İqtisadLatviya universitetləri arasında birgə əməkdaşlığa dair memorandum imzalanmışdır

 

Aprelin 24-də Latviya Universitetinin rektoru, professor Martsis Auzinş Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə ADİU-nun rektoru, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat vermiş, eyni zamanda iki ölkə arasında əlaqələrin inkişafından danışmışdır.

ADİU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən M.Auzinş bu əməkdaşlığın iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulamışdır.

Sonra ADİU ilə Latviya Universiteti arasında birgə əməkdaşlığa dair memorandum imzalanmışdır. Sənəddə iki universitet arasında tələbə müəllim mübadiləsi, birgə layihələr, konfranslar digər təhsil əlaqələri ilə bağlı məsələlər əksini tapmışdır.

Sənədi ADİU-nun rektoru Şəmsəddin Hacıyev və Latviya Universitetinin rektoru Martsis Auzinş imzalamışlar.

 

 

Azərbaycan.-2013.- 25 aprel.- S.4.