ABŞ Dövlət Departamentinin illik hesabatı Azərbaycan reallığını əks etdirmir

 

Bu gün Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələr dinamik inkişaf edir iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-a hərtərəfli dəstək verir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında müstəsna rol oynayır. Ancaq buna baxmayaraq ABŞ Dövlət Departamentinin son hesabatında yenə Azərbaycana qarşı qərəz, qeyri-obyektivlik öz əksini tapıb.

Ancaq nədənsə, Azərbaycanın sürətli iqtisadi inkişafı, Avratlantik məkana inteqrasiyası beynəlxalq münasibətlərin, əməkdaşlıq səviyyəsinin yüksələn xətlə inkişafı, eləcə qoşulduğu beynəlxalq konvensiyaların tələblərinin icrası bu qurumun hər hansı bir hesabatında öz əksini tapmır. Həmişə olduğu kimi, ölkəmizə qarşı ikili standartlar prinsipinin tətbiqi son hesabatda da açıq-aydın görünür. Çünki hazırlanan hesabatda önə çəkilən məsələlər müxalifət mətbuatında yayılan dezinformasiyalar, antiazərbaycançı şəbəkənin əli ilə ötürülən məlumatlardır. Ona görə hər hesabatında eyni taktika ilə Azərbaycana qarşı qərəz nümayiş etdirən dövlət departamentinin yayacağı illik məlumatda ölkəmizlə bağlı hansı məqamlara toxunulacağı əvvəlcədən proqnozlaşdırılır. Əgər tarixə nəzər yetirib bu cür hesabatlara diqqət yetirsək, görərik ki, 5 il öncə açıqlanmış hesabatla son hesabat arasında o qədər fərq yoxdur. Sadəcə, bəzi cümlələrdə olan dəyişikliklər, yerdəyişmələr fərqlənir. Birmənalı şəkildə demək olar ki, dövlət departamentinin təqdim etdiyi həmin hesabat Azərbaycana qarşı bir təzyiq vasitəsidir. Bu, yalnız Azərbaycanın dünyada gündən-günə artmaqda olan nüfuzuna kölgə salmaq, ölkəmiz haqqında dünyada mənfi fikir formalaşdırmaq məqsədi güdür. Hesabatlarda daim subyektivliyə yol verilir. Buna səbəb isə odur ki, onu  hazırlayan şəxslər ölkəmizə səfər etmədən məlumat toplayırlar. Dəqiqləşdirilməmiş informasiyaların, məlumatların hesabatlarda hansı formada özünə yer alması da maraq doğurur. ABŞ Dövlət Departamenti bir neçə ölkə istisna olmaqla, həmişə Azərbaycandakı demokratik dəyişiklikləri aşağılamaq məqsədi güdür. Məhz bu səbəbdən qurum hesabatları istədiyi şəkildə təqdim edir.

Son 10 il ərzində Azərbaycanda görülən işlər, insan haqlarının qorunması sahəsində atılan addımlar, qəbul edilən qanunlar, bu sahədəki milli fəaliyyət proqramları, beynəlxalq səviyyədə qəbul edilmiş konvensiyaların Azərbaycanda ratifikasiyası, milli qanunvericiliyimizin bu konvensiyalara uyğunlaşdırılması böyük bir fəaliyyətdir. Təəssüf ki, dövlət departamenti bütün bunlara göz yumur.

Hesabatda insan alveri ilə bağlı məqamlar da var. Bu qurum çox gözəl bilir ki, Azərbaycan 2010-cu ildə Avropa Konvensiyasına qoşulub ölkədə insan alverinin qarşısının alınması ilə əlaqədar olaraq Milli Koordinator İnstitutu təsis  edilib. Dəfələrlə Milli Məclisdə bu problemin həlli ilə bağlı Cinayət Məcəlləsində mühüm əlavə dəyişikliklər edilib. Hökumət insan alveri ilə məşğul olan insanların cəzalandırılmasının daha da ciddiləşdirilməsini istəyir. Atılan bu addımları görməməzliyə vuran dövlət departamenti Azərbaycanı tranzit ölkələr sırasında göstərir. Bu, birmənalı şəkildə yalnışlıq qeyri-obyektivlikdir.

Hesabatda həmçinin ölkəmizdə dini azadlıqla bağlı vəziyyətə toxunulub tamamilə qərəzli məlumatlar öz əksini tapıb. Bu gün dünyanın əksər ölkələrinə bəllidir ki, tolerant ölkə sayılan Azərbaycanda dini azadlığın boğulmasından söhbət belə gedə bilməz. Azərbaycanda bütün dini konfessiyalar sərbəst fəaliyyət göstərirlər ölkəmizdə heç bir dini ayrı-seçkilik yoxdur. Azərbaycanda sinaqoq, məscid, kilsə mövcuddur. Xristian digər dinlərin müxtəlif cərəyanları var, həmin cərəyanlar radikallığı təbliğ edir müxtəlif formalarda dini dəyərlərə qarşı çıxır. Bu cür dini cərəyanlar Avropada, ABŞ-da qadağan edilib. Bütövlükdə bu cərəyanlara qarşı dünyanın istənilən yerində mübarizə aparılır. Amma Azərbaycanda dini azadlıq tam təmin olunub. Ölkəmizin tolerant olduğunu hamı etiraf edir.

Bütün bunlara rəğmən demək olar ki, bu gün Azərbaycan kifayət qədər sürətlə inkişaf edir, iqtisadiyyat çiçəklənir, insanların rifahı yaxşılaşır. Azərbaycan insan haqlarının qorunması ilə bağlı öz üzərinə götürdüyü öhdəlikləri ardıcıl surətdə yerinə yetirir. Hər hansı dövlətin Azərbaycandakı reallıqları gerçəklikləri təhrif edərək hesabat hazırlamasına haqq qazandırmaq isə mümkün deyil.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 25 aprel.- S.10.