Səfər başa çatdı

 

Latviya Prezidenti Andrişin Berzinş Azərbaycana rəsmi səfəri

 

Aprelin 25-də Latviya Respublikasının Prezidenti Andris Berzinşin Azərbaycana rəsmi səfəri başa çatmışdır. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Latviya Prezidenti Andris Berzinşi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 26 aprel.- S.9.