AzərTAc və FAA Helsinki Mərkəzi Kitabxanasına Azərbaycan haqqında kitablar təqdim etmişlər

 

Aprelin 26-da Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Finlandiya-Azərbaycan Assosiasiyasının (FAA) təşəbbüsü və təşkilatçılığı ilə Helsinki Mərkəzi Kitabxanasına Azərbaycan haqqında kitablar, həmçinin muğamlarımız, caz musiqisi, xalq mahnıları olan CD təqdim edilmişdir.

Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdirdiyi kitablar ölkəmizin mədəniyyəti, incəsənəti, tarixi və turizm imkanlarına həsr olunmuşdur. Nəşrlər üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap edilmişdir.  Helsinki Mərkəzi Kitabxanasının xarici dillərdə ədəbiyyat bölməsinin əməkdaşı Antti Makinen demişdir ki, sözlərinə görə, hazırda kitabxanada Azərbaycanla bağlı onlarca kitab vardır. Kitabxananın daxili qaydalarına görə, nəşrlər əsasən oxucuların sorğuları əsasında əldə edilir. O, hazırda Azərbaycanın müxtəlif dillərdə bədii ədəbiyyatı ilə maraqlananların çoxluq təşkil etdiyini bildirmişdir.

A.Makinen Bakıdan gətirilmiş bu nəşrlərin kitabxanaya hədiyyə edilməsinə görə AzərTAc-ın və FAA-nın rəhbərliyinə minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.-2013.- 28 aprel.- S.11.