Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

 

Aprelin 26-dan 27-dək Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Paris Apelyasiya Məhkəməsinin baş prokuroru Fransua Falettinin dəvəti ilə Fransanın Ədliyyə Sarayının inzibati binasında Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti yaz iclası keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, assosiasiyanın İcraiyyə Komitəsinin üzvü - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin iştirak etdiyi iclasda İcraiyyə Komitəsinin əvvəlki iclasında müzakirə olunmuş bir sıra mövzulara münasibət bildirilmişdir. Assosiasiyaya növbəti üç il üçün prezidentin, İcraiyyə Komitəsinə yeni vitse-prezidentlərin və üzvlərinin seçilməsi müzakirə edilərək qeyd olunan məsələ ilə əlaqədar gizli səsvermə keçirilməklə namizədlərin siyahısı müəyyən edilmişdir.

İclasda qeyd olunan namizədlərin siyahısının qurumun cari ilin sentyabrın 8-dən-12-dək Moskva şəhərində "Prokurorqanunun aliliyi" mövzusunda keçiriləcək 18-ci illik konfransümumi yığıncağında təsdiq edilməsi tövsiyə edilmişdir.

Bundan başqa, tədbirdə dünya prokurorlarının ilk və yeganə beynəlxalq təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv dövlətlərin milli prokurorluq orqanlarında fəaliyyətləri zamanı nailiyyətlər əldə etmiş prokurorların mükafatlarla təltif edilməsi məsələsinə baxılmaqla müvafiq qərarlar qəbul edilmiş, eyni zamanda assosiasiyanın büdcəsi, qurumun növbəti illik konfrans və yığıncaqlarının keçirilməsi məsələləri müzakirə olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 30 aprel.- S.3.