Ramiz Rzayev: Azərbaycanda prezident seçkiləri tam demokratik, şəffaf və ədalətli keçiriləcəkdir

 

Azərbaycanda prezident seçkiləri tam demokratik, şəffaf və ədalətli keçiriləcəkdir. AzərTAc xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev iyulun 31-də jurnalistlərə müsahibəsində demişdir.

Ramiz Rzayev bildirmişdir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən hər seçki ərəfəsində dairə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil olunur. Bu kurslar çərçivəsində seçicilərin hüquqlarının məhkəmələr tərəfindən qorunması mövzusunda komissiya üzvləri ilə fikir mübadiləsi aparılır.

Ali Məhkəmənin sədri qeyd etmişdir ki, əvvəllər seçki prosesi ilə əlaqədar məsələlər Mülki Prosessual Məcəllə ilə tənzimlənirdi. 2013-cü ildə edilən dəyişikliklərə əsasən, qarşıdakı seçkilərdə məsələlərə inzibati məhkəmələr tərəfindən baxılacaqdır.

 

Azərbaycan.- 2013.- 1 avqust.- S. 3.