Sistemə 13 milyondan çox cihaz haqqında məlumat daxil edilib

 

Azərbaycanın telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması emalı üçün nəzərdə tutulmuş informasiya sistemi - mobil cihazların qeydiyyat sistemi (MCQS) fəaliyyətini davam etdirir.

"APA Economics"in Rabitə İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, artıq sistemə 13 milyondan artıq cihaz haqqında məlumat daxil edilib.

Qeyd edək ki, mobil cihazların qeydiyyatının aparılması qaydaları 2011-ci ilin dekabr ayında Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib. Mobil cihaz qeydiyyat sistemi müvafiq qərara əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) yaradılıb. Sistem mobil cihazların qeydiyyatı ilə texniki parametrləri standartlara uyğun gəlməyən, keyfiyyət əmsalları aşağı olaninsan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınmasını, itirilən və ya oğurlanan mobil cihazların istifadəsinin dayandırılmasını, ölkə ərazisinə gətirilən mobil cihazlara mövcud qaydalara əsasən uyğunluq sertifikatlarının alınmasını, telekommunikasiya bazarında istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradılmasını, qanunsuz yollarla idxal edilən mobil cihazların və dövlət büdcəsinə ödənişlərdən yayınma hallarının qarşısının alınmasını təmin edir.

 

Azərbaycan. - 2013.- 1 avqust.- S. 7.