Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında TƏLİMAT

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/37 saylı qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 100-102-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 54-cü, 180-ci maddələri və bu Təlimatla tənzimlənir.

1. Ümumi müddəalar

1.1. Prezidentliyə namizədlər seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra  irəli sürülür.

1.2. Prezidentliyə namizədlər (bundan sonra - namizədlər) passiv seçki hüququna malik olan və Konstitusiyanın 100-cü maddəsinin tələblərinə cavab verən vətəndaşın özü, aktiv seçki hüququna malik vətəndaşların (bundan sonra - seçicilərin) təşəbbüs qrupları, habelə siyasi partiya və ya siyasi partiyaların bloku tərəfindən irəli sürülə bilərlər.

1.3. Siyasi partiya, siyasi partiyaların bloku həmin siyasi partiyanın, habelə bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri də namizəd kimi irəli sürə bilərlər.

2. Namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları  tərəfindən irəli sürülməsi qaydaları

2.1.  Namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Belə qərar kollegial qaydada, səsvermə yolu ilə qəbul edilməlidir.

2.2. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokları tərəfindən  namizədin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi partiyaların  səlahiyyətli nümayəndələri də partiyaların qurultayında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir.

2.3. Namizəd öz arzusu ilə siyasi partiyaya mənsubluğunu namizədliyinin irəli sürülməsinə dair razılıq ərizəsində göstərə bilər.

2.4. Namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilir:

2.4.1. iclasda (qurultayda, konfransda, rəhbər orqanın iclasında) iştirak etmək üçün qeydə alınmış iştirakçıların sayı;

2.4.2. siyasi partiyalar blokunun yaradılması haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı;

2.4.3. namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri;

2.4.4. qərarın qəbul edilməsi tarixi.

3. Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün siyasi partiya Mərkəzi Seçki Komissiyasına aşağıdakı sənədləri təqdim  etməlidir:

3.1. siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;

3.2. siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;

3.3. namizədliyin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın protokolu;

3.4. Seçki Məcəlləsinin 54-cü maddəsinin  tələblərinə uyğun tərtib edilmiş razılıq ərizəsi (Təlimata 1 saylı əlavə) (ərizədə prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri və  tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət  növü),  Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayıb-yaşamaması, məhkumluğunun olub-olmaması, vətəndaşlıq vəziyyəti və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə prezident seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir);

3.5. səlahiyyətli nümayəndənin (nümayəndələrin), habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin (nümayəndələrin) təyin edilməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı;

3.6. siyasi partiyanın səlahiyyətli nümayəndələrinin siyahısı (Təlimata 2 saylı əlavə);

 3.7. maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin siyahısı (Təlimata 3 saylı əlavə);

3.8. səlahiyyətli nümayəndənin (nümayəndələrin) razılıq məktubları (Təlimata 4 saylı əlavə);

3.9. maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin (nümayəndələrin) razılıq məktubları (Təlimata 5 saylı əlavə);

3.10. siyasi partiyanın səlahiyyətli nümayəndənin (nümayəndələrin) və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin (nümayəndələrin) həmin siyasi partiya rəhbərinin imzası və təşkilatın möhürü ilə təsdiq edilmiş vəkalətnaməsi (vəkalətnamələri)   (Təlimata 6 və 6 "a"  saylı əlavələr);

3.11. siyasi partiyanın səlahiyyətli orqanı səlahiyyətli nümayəndənin səlahiyyətinə xitam verdiyi halda bu barədə qərarın surəti;

3.12. Bu Təlimatın 3.1-3.11-ci bəndlərində göstərilən sənədləri Mərkəzi Seçki Komissiyasına səlahiyyətli nümayəndə təqdim edir;

3.13. Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş sənədlərin qəbul edilməsi barədə yazılı arayış səlahiyyətli nümayəndəyə verilir (Təlimata 7 saylı əlavə);

3.14. Mərkəzi Seçki Komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, səlahiyyətli nümayəndəyə namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar təqdim edir (göndərir).

4. Namizədin irəli sürülməsinin təsdiq edilməsi üçün siyasi partiyalar bloku Mərkəzi Seçki Komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir:

4.1. siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanlarının iclaslarının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə  müvafiq iclasların protokolları;

4.2. siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının siyasi partiyaların bloku adından namizəd irəli sürmək barədə qərarı və müvafiq iclasın protokolu;

4.3. siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada (Təlimata 6 "b" və 6 "c" saylı əlavələr) və ya notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri  (Təlimata  6 "ç" və 6 "d" saylı əlavələr);

4.4. siyasi partiyaların səlahiyyətli nümayəndələrinin siyahısı (Təlimata 2 saylı əlavə);

4.5. maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin siyahısı (Təlimata 3 saylı əlavə);

4.6. səlahiyyətli nümayəndələrin razılıq məktubları (Təlimata 4 saylı əlavə);

4.7. maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin razılıq məktubları (Təlimata 5 saylı əlavə);

4.8. Seçki Məcəlləsinin 54-cü maddəsinin  tələblərinə uyğun tərtib edilmiş razılıq ərizəsi (Təlimata 1 saylı əlavə) (ərizədə prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri və  tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət  növü),  Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayıb-yaşamaması, məhkumluğunun olub-olmaması, vətəndaşlıq vəziyyəti və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə prezident seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir);

4.9. Bu Təlimatın 4.1-4.8-ci bəndlərində göstərilən sənədləri Mərkəzi Seçki Komissiyasına səlahiyyətli nümayəndə təqdim edir;

4.10. Mərkəzi Seçki Komissiyası təqdim edilmiş sənədlərin qəbul edilməsi barədə yazılı arayışı səlahiyyətli nümayəndəyə verir (Təlimata 7 saylı əlavə);

4.11. Mərkəzi Seçki Komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, səlahiyyətli nümayəndəyə namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar təqdim edir (çatdırır).

5. Yekun müddəalar

5.1. Bu Təlimat qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-4 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin seçkilərində siyasi partiyalar blokunun qeydə alınması, namizədlərin, siyasi partiyaların və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydası haqqında" Təlimat qüvvədən düşmüş hesab edilir.

Təlimata 1 saylı əlavə

____________________________________

   (siyasi partiyanın, siyasi partiyalar blokunun adı)

tərəfindən Azərbaycan Respublikasının Prezidenti seçkilərində prezidentliyə namizəd irəli sürülmüş şəxsin namizədliyinin irəli sürülməsinə dair

R A Z I L I Q   Ə R İ Z Ə S İ

Mən,   _________________ ildə anadan olmuş, ________________

                               (doğum tarixi)                                                                 (yaşayış yerinin ünvanı)

____________________________________________________ yaşayan,

______________________________ malik olan, ______________ təhsilli,

 (şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən                                    (təhsili haqqında məlumat)

    sənədin seriya və nömrəsi)

_____________________________________ işləyən (fəaliyyət göstərən),

     [əsas iş və ya xidmət yeri,

tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü)]

______________ ərzində Azərbaycan Respublikasının ərazisində  yaşayan

           (müddət)

________________________________________  ___________________

                        (namizədin soyadı, adı, atasının adı)                                              (seçkilərin keçiriləcəyi tarix)

tarixdə  keçiriləcək  Azərbaycan  Respublikası  Prezidentinin  seçkilərində  ____________________________________________________________

(siyasi partiyanın, siyasi partiyalar blokunun adı)

tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyimin irəli sürülməsinə razılıq verirəm.

Mənim  ödənilməmiş   ya  üzərimdən götürülməmiş məhkumluğum ______________________ .

(olub-olmamasına dair məlumat)    

Ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda:

____________________________________________________________(Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və

____________________________________________________________

nömrəsi,  xarici ölkədə cinayət məsuliyyəti yaradan əməl olmuşdursa və

____________________________________________________________

bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl

____________________________________________________________

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa,

____________________________________________________________

xarici ölkənin müvafiq qanununun adı)

Azərbaycan Respublikasının vətəndaşıyam, seçkilərdə iştirak etmək hüququna malikəm, ikili vətəndaşlığım və başqa ölkələr qarşısında öhdəliklərim ____________________ .

                                        (yoxdur / vardır)

İkili vətəndaşlığı və ya başqa ölkələr qarşısında öhdəliyi olduqda:

____________________________________________________________

(həmin ölkənin adı  və öhdəliyin məzmunu)

____________________________________________________________

________________________ tarixdə keçiriləcək Azərbaycan Respublikası

             (seçkilərin keçiriləcəyi tarix)

Prezidentinin seçkilərində prezidentliyə namizədliyimin irəli sürülməsinin mənim iradəmə uyğunluğunu bildirirəm və prezident seçiləcəyim halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyimi öhdəmə götürürəm.

______________________________________________  üzvüyəm,

(mənsub olduğu siyasi partiyanın adı və abbreviaturası)

prezidentliyə namizədliyim qeydə alındığı halda, seçki bülletenində siyasi partiyaya mənsubiyyətim ___________________________________ .

                                     (göstərilib-göstərilməməsinə dair məlumat)

_____________     ________________________________  

          (imza)                                      (soyadı, adı və atasının adı)

“_____  _____________ 20___  il.

Qeyd: Azərbaycan Respublikası Seçki Məcəlləsinin 40.15-ci maddəsinin tələbinə uyğun olaraq razılıq ərizəsinə namizədin 3X4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkli əlavə olunmalıdır.

Təlimata 2  saylı əlavə

__________________________

              (seçki komissiyasının adı)

____________________________________________________________

(siyasi partiyanın, siyasi partiyalar blokunun adı)

siyasi partiya, siyasi partiyaların bloku tərəfindən təyin edilmiş

səlahiyyətli nümayəndələrin

S İ Y A H I S I

Sıra sayı

Soyadı, adı, atasının adı

Doğulduğu il

(18 yaşlı şəxsin

həm də doğul-duğu ay və gün)

Şəxsiyyət vəsi-qəsinin və ya onu əvəz edən sənədin seriya-sı, nömrəsi və verilmə tarixi

Yaşayış yerinin ünvanı

Əsas   ya xidmət yeri, tutduğu vəzifə          (bu olmadıqda

  fəaliyyət növü)

Telefon

¹-si

1) 

Səlahiyyətli şəxs    ____________      ____________________________

                                                      (imza)                        (inisialı və soyadı)

 Qeyd: Bu siyahı Mərkəzi Seçki Komissiyasına və müvafiq dairə seçki komissiyalarına təqdim edilir.

Təlimata 3  saylı əlavə

Azərbaycan Respublikasının

Mərkəzi Seçki Komissiyasına

____________________________________________________________

(siyasi partiyanın, siyasi partiyalar blokunun adı)

siyasi partiya, siyasi partiyaların bloku tərəfindən təyin edilmiş

maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin

S İ Y A H I S I

Sıra sayı

Soyadı, adı, atasının adı

Doğulduğu il

(18 yaşlı şəxsin

həm də doğul-duğu ay və gün)

Şəxsiyyət vəsi-qəsinin və ya onu əvəz edən sənədin seriya-sı, nömrəsi və verilmə tarixi

Yaşayış yerinin ünvanı

Əsas   ya xidmət yeri, tutduğu vəzifə          (bu olmadıqda

  fəaliyyət növü)

Telefon

¹-si

2)      

Səlahiyyətli şəxs    ____________      ____________________________

                                                      (imza)                        (inisialı və soyadı)

Qeyd: Bu siyahıya maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin razılıq ərizələri

        Azərbaycan Respublikası Seçki Məcəlləsinin 40.15-ci maddəsinin tələbinə          uyğun olaraq 3 X 4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil əlavə edilməlidir.

         Bu siyahı yalnız Mərkəzi Seçki Komissiyasına təqdim edilir.

Təlimata 4 saylı əlavə

Azərbaycan Respublikası Prezidentinin   seçki­lərində iştirak edən

_______________________________

   (siyasi partiyanın, siyasi partiyalar blokunun adı)

tərəfindən səlahiyyətli nümayəndə təyin edilməsi nəzərdə tutulmuş

___________________________________

(soyadı, adı, atasının adı)

R A Z I L I Q   M Ə K T U B U

Mən, ________________ tarixdə keçiriləcək Azərbaycan Respublikası

 (seçkilərin keçiriləcəyi tarix)

 Prezidentinin seçkilərində yuxarıda adı göstərilən siyasi partiya, siyasi partiya­ların bloku tərəfindən səlahiyyətli nümayəndə təyin olunmağıma razılıq verirəm.   

Bildirirəm ki, _______________ ildə anadan olmuşam, ___________

                                       (doğum tarixi)

_________________________________________________ yaşayıram,

                                                    (yaşayış yerinin ünvanı)

_________________________ malikəm,  __________________________

  (şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən                                      [əsas iş  və ya xidmət yeri,

  sənədin seriyası, nömrəsi və verilmə tarixi)

__________________________________ işləyirəm (fəaliyyət göstərirəm).

          tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü)]

Mənimlə  ___________________ nömrəli telefonla əlaqə yaratmaq olar.

                        (telefon nömrəsi)

__________    _______________________

        (imza)                                      (inisialı və soyadı)

“____” ____________ 20____ il

         (ərizənin verilmə tarixi)

     Qeyd:  1. Bu məktub siyasi partiyanın, siyasi partiyaların bloku tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndələrin Mərkəzi Seçki Komissiya­sına göndərilməli olan siyahısına əlavə edilir.

2. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 40.15-ci maddəsinin tələbinə uyğun olaraq razılıq məktubuna səlahiyyətli nümayəndə­nin 3×4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkli əlavə edilməlidir.

Təlimata 5 saylı əlavə

Azərbaycan Respublikası Prezidentinin   seçki­lərində iştirak edən

________________________________

      (siyasi partiyanın, siyasi partiyalar blokunun adı)

tərəfindən maliyyə məsələləri üzrə səlahiy­yətli nümayəndə təyin edilməsi nəzərdə tutulmuş

________________________________

(soyadı, adı, atasının adı)

R A Z I L I Q   M Ə K T U B U

Mən,_________________tarixdə keçiriləcək Azərbaycan Respublikası

(seçkilərin keçiriləcəyi tarix)

Prezidentinin seçkilərində yuxarıda adı göstərilən siyasi partiya, siyasi partiya­ların bloku tərəfindən maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunmağıma razılıq verirəm.   

Bildirirəm ki, ___________________ ildə anadan olmuşam, ________

                                          (doğum tarixi)

__________________________________________________ yaşayıram,

                                                    (yaşayış yerinin ünvanı)

_________________________ malikəm, __________________________

  (şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən                                   [əsas iş  və ya xidmət yeri,

  sənədin seriyası, nömrəsi və verilmə tarixi)

__________________________________ işləyirəm (fəaliyyət göstərirəm).

          tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü)]

Mənimlə  __________________ nömrəli telefonla əlaqə yaratmaq olar.

                                         (telefon nömrəsi)

_____________      ________________________

            (imza)                                              (inisialı və soyadı)

“____” ____________ 20____ il

         (ərizənin verilmə tarixi)

_________

     Qeyd:  1. Bu məktub siyasi partiyanın, siyasi partiyaların bloku tərəfindən təyin edilmiş maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin Mərkəzi Seçki Komissiya­sına göndərilməli olan siyahısına əlavə edilir.

2. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 40.15-ci maddəsinin tələbinə uyğun olaraq razılıq məktubuna maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə­nin 3×4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkli əlavə edilməlidir.

Təlimata 6 saylı əlavə

V Ə K A L Ə T N A M Ə

________________________________________________________

(siyasi partiyanın adı)

“______” ___________________ 20___ il tarixli qurultayının (konfransının,                                                                                                                         

rəhbər orqanının, iclasının) _____ saylı qərarına əsasən ______________

____________________________________________________ yaşayan,

 (yaşayış yerinin ünvanı)

__________________________________________________  malik olan

                            (şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən

                             sənədin seriyası, nömrəsi və verilmə tarixi)

____________________________________________________________

(soyadı, adı, atasının adı)

_______________________  tarixə təyin edilmiş Azərbaycan Respublikası

       (seçkilərin keçiriləcəyi tarix)

Prezidentinin seçkilərində həmin siyasi partiyanın səlahiyyətli nümayəndəsi qismində qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri yerinə yetirmək həvalə edilmişdir.

_____________       _____________________________________  

          (imza)                                  [siyasi partiya sədrinin (və ya nizamnamə ilə

                                           buna vəkil edilmiş digər şəxsin) soyadı, adı, atasının adı]

Qeyd: 1. Vəkalətnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada təsdiq olunmalıdır.

            2. Səlahiyyətli nümayəndənin səlahiyyət dairəsini həmin səlahiyyəti verən şəxs müəyyən edir. Belə olduqda, vəkalətnamədə bu hal öz əksini tapmalıdır.

Təlimata 6a saylı əlavə

V Ə K A L Ə T N A M Ə

________________________________________________________

(siyasi partiyanın adı)

“______” ___________________ 20___ il tarixli qurultayının (konfransının,                                                                                                                         

rəhbər orqanının, iclasının) _____ saylı qərarına əsasən ______________

____________________________________________________yaşayan,

 (yaşayış yerinin ünvanı)

__________________________________________________  malik olan

                            (şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən

                             sənədin seriyası, nömrəsi və verilmə tarixi)

____________________________________________________________

(soyadı, adı, atasının adı)

_______________________  tarixə təyin edilmiş Azərbaycan Respublikası

       (seçkilərin keçiriləcəyi tarix)

Prezidentinin seçkilərində həmin siyasi partiyanın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qismində qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri yerinə yetirmək həvalə edilmişdir.

_____________       _____________________________________  

          (imza)                                 [siyasi partiya sədrinin (və ya nizamnamə ilə

                                           buna vəkil edilmiş digər şəxsin) soyadı, adı, atasının adı]

Qeyd: 1. Vəkalətnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada təsdiq olunmalıdır.

            2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin səlahiyyət dairəsini həmin səlahiyyəti verən şəxs müəyyən edir. Belə olduqda, vəkalətnamədə bu hal öz əksini tapmalıdır.

Təlimata 6b saylı əlavə

V Ə K A L Ə T N A M Ə

________________________siyasi partiyalar bloku nümayəndələrinin

    (siyasi partiyalar blokunun adı)

iclasının  ____” ___________ 20____ il tarixli  ____ saylı qərarına əsasən

____________________________________________________ yaşayan,

 (yaşayış yerinin ünvanı)

___________________________________________________  malik olan

                             (şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən

                              sənədin seriyası, nömrəsi və verilmə tarixi)

____________________________________________________________

(soyadı, adı, atasının adı)

_______________________ tarixə təyin edilmiş Azərbaycan Respublikası

         (seçkilərin keçiriləcəyi tarix)

Prezidentinin seçkilərində həmin siyasi partiyalar blokunun adından  səlahiyyətli nümayəndə qismində qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri yerinə yetirmək həvalə edilmişdir.

Siyasi partiyalarin blokuna daxil olan partiyaların sədrləri:

1.  ___________     _____________________________________

               (imza)                           [siyasi partiya sədrinin (və ya nizamnamə ilə                         

                                          buna vəkil edilmiş digər şəxsin) soyadı adı, atasının adı]

2.  ___________     _____________________________________

               (imza)                           [siyasi partiya sədrinin (və ya nizamnamə ilə                        

                                          buna vəkil edilmiş digər şəxsin) soyadı adı, atasının adı]

3.  ___________     _____________________________________

               (imza)                           [siyasi partiya sədrinin (və ya nizamnamə ilə                        

                                          buna vəkil edilmiş digər şəxsin) soyadı adı, atasının adı]

      ...

     ___________     _____________________________________

               (imza)                           [siyasi partiya sədrinin (və ya nizamnamə ilə                        

                                          buna vəkil edilmiş digər şəxsin) soyadı adı, atasının adı]

Qeyd: 1. Vəkalətnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada təsdiq olunmalıdır.

            2. Səlahiyyətli nümayəndənin səlahiyyət dairəsini həmin səlahiyyəti verən şəxs müəyyən edir. Belə olduqda, vəkalətnamədə bu hal öz əksini tapmalıdır.

Təlimata 6c saylı əlavə

V Ə K A L Ə T N A M Ə

________________________siyasi partiyalar bloku nümayəndələrinin

    (siyasi partiyalar blokunun adı)

iclasının  ____” ____________ 20____il tarixli  ____ saylı qərarına əsasən

__________    __________________________________________  

      (imza)                        (vəkalətnamənin notariat qaydasında rəsmiləşdirilməsi

                                        həvalə edilmiş nümayəndənin soyadı adı, atasının adı)

Qeyd: 1. Vəkalətnamə notariat qaydasında təsdiq olunmalıdır.

            2. Səlahiyyətli nümayəndənin səlahiyyət dairəsini həmin səlahiyyəti verən şəxs müəyyən edir. Belə olduqda, vəkalətnamədə bu hal öz əksini tapmalıdır.

Təlimata 6ç saylı əlavə

V Ə K A L Ə T N A M Ə

________________________siyasi partiyalar bloku nümayəndələrinin

    (siyasi partiyalar blokunun adı)

iclasının  ____” ____________ 20____il tarixli  ____ saylı qərarına əsasən

____________________________________________________ yaşayan,

                                                 (yaşayış yerinin ünvanı)      

___________________________________________________  malik olan

                           (şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən

                           sənədin seriyası, nömrəsi və verilmə tarixi)

____________________________________________________________

(soyadı, adı, atasının adı)

_______________________ tarixə təyin edilmiş  Azərbaycan Respublikası

        (seçkilərin keçiriləcəyi tarix)

Prezidentinin seçkilərində həmin siyasi partiyalar blokunun adından  maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə qismində qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri yerinə yetirmək həvalə edilmişdir.

__________    __________________________________________  

       (imza)                        (vəkalətnamənin notariat qaydasında rəsmiləşdirilməsi

                                         həvalə edilmiş nümayəndənin soyadı adı, atasının adı)

Qeyd: 1. Vəkalətnamə notariat qaydasında təsdiq olunmalıdır.

            2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin səlahiyyət dairəsini həmin səlahiyyəti verən şəxs müəyyən edir. Belə olduqda, vəkalətnamədə bu hal öz əksini tapmalıdır.

Təlimata 6d  saylı  əlavə

V Ə K A L Ə T N A M Ə

________________________siyasi partiyalar bloku nümayəndələrinin

    (siyasi partiyalar blokunun adı)

iclasının  ____” ___________ 20____ il tarixli  ____ saylı qərarına əsasən

____________________________________________________ yaşayan,

 (yaşayış yerinin ünvanı)

___________________________________________________  malik olan

                             (şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən

                              sənədin seriyası, nömrəsi və verilmə tarixi)

____________________________________________________________

(soyadı, adı, atasının adı)

_______________________ tarixə təyin edilmiş Azərbaycan Respublikası

         (seçkilərin keçiriləcəyi tarix)

Prezidentinin seçkilərində həmin siyasi partiyalar blokunun adından  maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə qismində qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri yerinə yetirmək həvalə edilmişdir.

Siyasi partiyalarin blokuna daxil olan partiyaların sədrləri:

1.  ___________     _____________________________________

               (imza)                           [siyasi partiya sədrinin (və ya nizamnamə ilə                        

                                          buna vəkil edilmiş digər şəxsin) soyadı adı, atasının adı]

2.  ___________     _____________________________________

               (imza)                           [siyasi partiya sədrinin (və ya nizamnamə ilə                         

                                          buna vəkil edilmiş digər şəxsin) soyadı adı, atasının adı]

3.  ___________     _____________________________________

               (imza)                           [siyasi partiya sədrinin (və ya nizamnamə ilə                        

                                          buna vəkil edilmiş digər şəxsin) soyadı adı, atasının adı]

      ...

     ___________     _____________________________________

               (imza)                           [siyasi partiya sədrinin (və ya nizamnamə ilə                        

                                          buna vəkil edilmiş digər şəxsin) soyadı adı, atasının adı]

Qeyd: 1. Vəkalətnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada təsdiq olunmalıdır.

            2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin səlahiyyət dairəsini həmin səlahiyyəti verən şəxs müəyyən edir. Belə olduqda, vəkalətnamədə bu hal öz əksini tapmalıdır.

Təlimata 7 saylı əlavə

A  R  A  Y  I  Ş

“____”__________20___ il

Saat__________________

Verilir _______________________________________ ondan ötrü ki,

                             (sənədləri təqdim edən şəxsin soyadı, adı, atasının adı)

o, həqiqətən  ___________________________  Azərbaycan Respublikası

      (namizədin soyadı, adı, atasının adı)

Prezidentinin seçkilərində prezidentliyə namizədliyinin irəli sürülmə­sinin təsdiq  edilməsi  üçün aşağıdakı sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir

1.

2.

3.

4.

5.

6.

(sənədi qəbul edən şəxsin vəzifəsi)

(imza)

(soyadı, adı, atasının adı

M.Y.

(sənədi təqdim edən şəxsin statusu)

(imza)

(soyadı, adı, atasının adı)

Qeyd: Sənədləri Mərkəzi Seçki Komissiyasına siyasi partiyanın, siyasi partiyalar   blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.

Bu arayış 2 nüsxədən ibarət tərtib edilməli, 1 nüsxəsi Mərkəzi Seçki Komissiyasında qalmalı, digər nüsxəsi isə sənədləri təqdim edən şəxsə verilməlidir.   

Azərbaycan. - 2013.- 1 avqust.- S. 6.