İnsan kapitalına qoyulan investisiyalar

 

Müasir dövrdə həm ayrı-ayrı müəssisələrin, həm də bütövlükdə cəmiyyətin inkişaf səviyyəsi və tempini insan kapitalı müəyyənləşdirir. Bu gün dünyada öz əhalisinə yüksək dəyər verən ölkələr ən inkişaf etmiş ölkələr kimi qəbul olunur. 2000-ci ildə BMT tərəfindən qəbul edilmiş "Minilliyin inkişaf məqsədləri" proqramında gələcək davamlı inkişafın təmin olunması üçün 8 prioritet məqsəd müəyyən edilmişdir ki, onların da əksəriyyəti bilavasitə insan kapitalının davamlı inkişafı ilə bağlıdır. Məhz buna görə də insan kapitalının inkişaf etdirilməsi artıq əksər dünya ölkələri, o cümlədən Azərbaycan üçün prioritet məsələyə çevrilmişdir.

Azərbaycanda insan kapitalının davamlı inkişafı istiqamətində çox mühüm tədbirlər görülmüşdür. Ölkəmizdə təhsilin və elmin inkişafının yüksək mərhələyə qaldırılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olmuşdur. 1969-cu ildə 244 ixtisas üzrə respublikadan kənara 47 tələbə göndərildiyi halda, 1980-ci ildə bu rəqəm 1400 nəfərə çatdırılmışdır. Müasir dövrdə də təhsilin inkişafı məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, dövlət proqramları həyata keçirilməkdədir. Bunlara misal olaraq, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin İKT ilə təmini proqramı (2005-2007-ci illər)", "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı" göstərilə bilər. Eyni zamanda, 2009-cu ildə ölkə Prezidentinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı sərəncamı da dediklərimizə nümunədir.

2012-ci ildə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan azərbaycanlıların sayı 1276 nəfər olmuşdur. Xaricdə təhsil alan tələbələrin ixtisas sahələri üzrə bölgüsünə nəzər salsaq görərik ki, ölkənin iqtisadi inkişafının prioritet istiqamətləri burada da özünü büruzə verir: belə ki, tələbələrin əksəriyyəti İKT və turizm üzrə təhsil alırlar. İqtisadiyyat, tibb və mühəndislik sahələri də yüksək çəkiyə malikdir. Burada diqqətçəkən digər bir cəhət ondan ibarətdir ki, texniki və təbiət elmləri sahəsində xaricdə dövlət hesabına təhsil alan tələbələrin sayı nisbətən aşağıdır. Belə ki, bu sahələr, yəni riyaziyyat, biologiya, kimya üzrə təhsil alanların xüsusi çəkisi cəmi 4 faizdir ki, bu da nisbətən aşağı göstəricidir. Ümumiyyətlə, Azərbaycanda təhsilin təşkilinin əsas prinsiplərindən biri təhsil sisteminin humanitarlaşdırılmasıdır. Lakin ölkədə humanitar sahələrlə yanaşı, texniki və təbiət elmlərinin, başqa sözlə, fundamental elm sahələrinin inkişaf etdirilməsinə də ehtiyac var. Xaricdə təhsil alan tələbələrin ölkələr üzrə bölgüsünə nəzər saldıqda isə, əksər tələbələrin Türkiyə, Almaniya, Böyük BritaniyaKanadada təhsil aldığını görərik.

2013-cü il Azərbaycanda "İKT ili" elan olunmuşdur. Bütün bunların fonunda ölkəmizdə müasir dünya təhsil sisteminin vacib tərkib hissələrindən biri olan distant təhsilin aşağı inkişaf səviyyəsi təəccüb doğurur. Bəlkə bu, adıçəkilən sistemin postsovet ölkələri üçün yeni bir forma olmasından irəli gəlir. Bir çox inkişaf etmiş ölkələrdə artıq uzun illərdir ki, uğurla həyata keçirilən distant təhsilin ölkəmizdə inkişafı xüsusilə regionlarda yaşayan əhalinin internet vasitəsilə yüksək səviyyəli təhsil almasına onların faydalı insan kapitalı kimi formalaşmasına səbəb olacaq.

Azərbaycanda insan kapitalının inkişafı üçün müxtəlif ölkələrin bu sahədə olan təcrübələrinin tədqiq edilməsi yerli şəraitə uyğunlaşdırılaraq ölkəmizdə tətbiq edilməsi zəruridir. Bu qəbildən nümunə kimi, Qətər Dövlətinin insan kapitalı siyasəti nəzərdən keçirilə bilər. Qətər Azərbaycan kimi neft ixrac edən bir ölkədir. Hazırda Qətər dünyada ən yüksək həyat səviyyəsinə malik ölkələrdən biridir. 2012-ci ildə adambaşına düşən ÜDM həcminə görə, Qətər dünyada birinci yeri tutmuşdur bu da artıq Qətərin "qara qızılı insan qızılına" çevirmək sahəsində böyük yol qət etdiyini deməyə əsas verir. Neft kapitalını insan kapitalına çevirmək bu ölkənin prioritetləri sırasındadır bu sahədə çox böyük işlər görülmüşdür. Belə ki, 1995-ci ildə Qətər Əmirinin sərəncamı ilə burada Qətər Təhsil, Elm İctimai İnkişaf Fondu (Qətər Foundation) yaradılmışdır. Fondun yaradılmasında əsas məqsəd "insan potensialını inkişaf etdirməklə Qətərin karbon iqtisadiyyatından bilik iqtisadiyyatına keçid yolunu dəstəkləmək"dir. Fond yarıözəl əsasda fəaliyyət göstərir qeyri-kommersiya təşkilatıdır. Özəl maliyyələşdirilmə ilə yanaşı, bir sıra hallarda dövlət tərəfindən maliyyələşdirilmə həyata keçirilir. Fondun fəaliyyəti təhsil, elm ictimai inkişaf olmaqla 3 əsas istiqaməti əhatə edir. Fond tərəfindən ölkədə təhsilin inkişafı məqsədilə Təhsil şəhəri yaradılmış burada çoxlu sayda xarici, yüksək səviyyəli universitetlərin filialları, o cümlədən bir neçə yerli universitet məktəb yerləşdirilmişdir ki, bu da yerli tələbə şagirdlərə yüksək səviyyədə təhsil almaq imkanı verir. Bundan başqa, Təhsil şəhəri ərazisində Qətər Elm Texnologiya Parkı yaradılaraq buraya bir çox xarici investorlar cəlb olunmuşdur. Təhsil şəhəri ərazisinin "azad zona" elan edilərək istənilən fəaliyyətin hər cür vergi yığımlardan azad olunması buraya xarici, eləcə yerli investorların maraqlarını artırmışdır. Təhsil müəssisələri özəl müəssisələrin bir ərazidə yerləşməsi strateji əhəmiyyət daşıyır. Belə ki, bunun nəticəsində tələbələrin start-up layihələri elə buradaca tədqiq olunur, araşdırılır gələcək vəd edən layihələr müəyyənləşdirilərək həyata keçirilir. Bu da tələbələrdə hələ təhsil aldıqları müddətdə sahibkarlıq mədəniyyəti vərdişlərinin formalaşmasına gətirib çıxarır.

Qətər Elm, Təhsil İctimai İnkişaf Fondunun fəaliyyəti hər üç istiqaməti ilə, insan kapitalının inkişafına səy göstərən ölkələr, o cümlədən Azərbaycan üçün parlaq nümunə rolunu oynaya bilər. Azərbaycanda İnsan Kapitalı Fondunun yaradılmasının zəruriliyi ilə bağlı fikirlər son dövrlərdə çox səsləndirilmişdir. Belə bir fondun yaradılması bu sahənin kompleks olaraq inkişafına şərait yaradacaq. Lakin yarıözəl əsasda fəaliyyət göstərən Qətər Fondundan fərqli olaraq, Azərbaycanda yaradılacaq İnsan Kapitalı Fondunun tamamilə dövlət mülkiyyətində olması daha məqsədəuyğundur. Çünki bu sahənin dövlətin tam nəzarətində olması etibarlılıq baxımından həm əhalinin, həm xarici investorların maraqlarına uyğun olacaq. Bundan başqa, fondun fəaliyyəti çərçivəsində insan kapitalı sahəsinin klasterləşdirilməsi mühüm əhəmiyyətə malikdir. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, təhsil elm mərkəzlərinin bir ərazidə cəmlənməsi bu sahələrin səmərəliliyinin artmasına səbəb olur. Azərbaycanda Təhsil şəhəri, Elm Texnologiya Parkı misalında bu cür klasterləşdirmənin həyata keçirilməsi mümkündür. Dünyanın əksər inkişaf etmiş ölkələrində təhsil müəssisələri ətrafında universitet şəhərcikləri yaradılır burada müxtəlif kitabxanalar, tədqiqat mərkəzləri, laboratoriyalar s. yerləşir. Lakin Azərbaycanda bu təcrübə hələ mənimsənilməmişdir əksər universitetlər əsasən paytaxtda yerləşən bir neçə tədris korpusundan ibarətdir.

Azərbaycanda kiçik orta sahibkarlığın inkişafının dəstəklənməsi prioritet məsələlərdən biridir. Belə ki, müasir dövrdə ölkələrin ÜDM-in 90 faizə qədəri kiçik orta müəssisələr tərəfindən formalaşdırılır. Bu da həmin sahəyə xüsusi diqqət yetirilməsini zəruri edir. Kiçik orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə dünyanın bir çox ölkələrində hələ orta məktəb səviyyəsində şagirdlərə sahibkarlıq icbari fənn kimi keçilir. Bu cür ölkələrə misal olaraq, Finlandiya, Polşa Avstriya göstərilə bilər. Bu ölkələrin nümunələrindən istifadə edərək ölkəmizdə sahibkarlığın orta ya orta ixtisas təhsili müəssisələrində könüllü ya icbari fənn kimi tədris olunması şagirdlərə hələ uşaq yaşlarından biznes təfəkkürünün aşılanmasına gələcəkdə bu sahədə ciddi inkişafa səbəb ola bilər.

Azərbaycanda insan kapitalının inkişafı dövlətin iqtisadi inkişaf siyasətinin prioritetləri arasında yer alır. 2012-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiq edilmişdir. Konsepsiyanın hazırlanmasında əsas məqsəd ölkədə iqtisadiyyatın tarazlı dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaqdır. Konsepsiyada insan kapitalının inkişaf etdirilməsi mərkəzi mövqe tutur. Dövlət büdcəsindən elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət idman xərclərinə ayrılan vəsait 2012-ci ildə 4325,4 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin göstəricisindən 10,8 faiz artıqdır. Bütün bunlar Azərbaycanda bu istiqamətdə  kifayət qədər ciddi fəaliyyət göstərildiyini bir daha sübut edir. Bunun nəticəsində Azərbaycan artıq özünə dünyada iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələr arasında xüsusi yer qazanmışdır. Yuxarıda qeyd etdiklərimizə əsasən demək olar ki, Azərbaycanda artıq "neft kapitalının insan kapitalına çevrilməsi" istiqamətində kifayət qədər əhəmiyyətli tədbirlər görülmüşdür ki, bunun nəticələri özünü göstərməkdədir. Lakin bu sahənin tam inkişafını təmin etmək üçün hələ bir sıra tədbirlərin görülməsinə ehtiyac var. Bu da Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.

 

 

Mahir HÜMBƏTOV,

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi,

 

Aygün QARAYEVA,

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təcrübəçisi

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 6.