Aleksandr FAYMON: «Təbiət qoynunda konsert vermək musiqiçiyə unudulmaz hisslər yaşadır»

 

"Qəbələ gözəl şəhərdir və təbiət qoynunda konsert vermək musiqiçiyə sözlə ifadəsi mümkün olmayan unudulmaz hisslər yaşadır".

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Yerusəlim Simfonik Orkestrinin üzvü Aleksandr Faymon AzərTAc-a müsahibəsində demişdir.

Festivalda iştirakından məmnunluğunu dilə gətirən Aleksandr Faymon proqrama uyğun olaraq orkestrin bir neçə konsertlə çıxış etdiyini, Avropa bəstəkarlarının əsərlərinin səsləndirildiyini bildirmişdir.

Qonaq çox gənc olan bu festivalın tamaşaçı auditoriyasının klassik musiqiyə böyük həvəs göstərdiyini xüsusilə vurğulamışdır. Diqqətə çatdırmışdır ki, Azərbaycan durmadan inkişaf edən ölkədir. Ölkənizdə belə füsunkar məkanın olduğunu bilmirdim. Mən 14 il  əvvəl Azərbaycanda olmuşdum. Qəbələyə isə ilk gəlişimdir. Təklif olarsa, yenə də böyük məmnuniyyətlə ölkənizə gəlmək istəyərəm. Buranın insanları çox səmimi və qonaqpərvərdirlər. Festivalda sizin musiqiçilərlə tanış oldum, yeni dostlar qazandım. Bu möhtəşəm sənət bayramının təşkilatçılığı yüksək səviyyədədir. Bizə daim böyük qayğı göstərirlər. Hesab edirəm ki, tamaşaçılar ifamızdan razı qaldılar. Bu, çox vacibdir. Belə gözəl təbiətin qoynunda təşkil edilən möhtəşəm festivala görə Heydər Əliyev Fonduna təşəkkür etmək lazımdır.

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 7.