Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İZAH

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/44 saylı qərarı ilə təsdiq edilmişdir

 

 

 

Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun (İzaha 1 saylı əlavə) doldurulması qaydası Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 100-cü, 107-ci və 202-ci maddələrinə, habelə bu İzaha uyğun olaraq müəyyənləşdirilir.

 

 

 

1. Ümumi müddəalar

 

 

 

1.1. Dairə seçki komissiyasının protokolu yalnız həmin komissiyanın həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilməlidir.

 

1.2. Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyaları protokollarının 1-ci nüsxələri və onlara əlavə edilmiş digər müvafiq sənədlər məntəqə seçki komissiyalarının sədrləri və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvü tərəfindən dairə seçki komissiyasının sədrinə təqdim edildikdən dərhal sonra, dairə seçki komissiyası sədrinin tapşırığı ilə dairə seçki komissiyasının üzvləri bu sənədlərin Seçki Məcəlləsinin 106.7-ci maddəsinin tələblərinə cavab verib-verməməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olub-olmamasını yoxlayırlar. Bundan sonra səslərin hesablanmasına aid məlumatlar seçki dairəsi üzrə səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokoluna daxil edilir.

 

1.3. Dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır.

 

Qeyd: protokol tərtib edilərkən hər bir bəndin məlumatı ayrı-ayrılıqda göstərilir, saylar sözlə və rəqəmlə yazılır. Protokolun karandaşla yazılmasına və onda hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Rəsmi protokolda düzəliş edilməsi yolverilməz olduğuna görə əvvəlcə onun mütləq qaralama nüsxəsi tərtib edilməlidir.

 

 

 

2. Protokolun doldurulma ardıcıllığı

 

 

 

2.1. Dairə seçki komissiyası səsvermənin nəticələri haqqında yekun protokolunu tərtib edərkən protokoldakı "Dairə seçki komissiyası səsvermənin nəticəIəri haqqında məntəqə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək seçki dairəsi üzrə səsvermənin nəticəIərini müəyyən etmişdir" cümləsindən sonra gələn aşağıdakı bəndləri müvafiq ardıcıllıqla doldurmalıdır:

 

2.1.1. "seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının sayı" sətrində müvafiq seçki dairəsi üzrə mövcud olan və yeni yaradılmış seçki məntəqələrinin sayı göstərilir;

 

2.1.2. "məntəqə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı" sətrində səsvermənin baş tutmadığı seçki məntəqələri istisna olmaqla, digər məntəqə seçki komissiyalarından təqdim edilmiş protokolların sayı göstərilir;

 

2.1.3. "dairə seçki komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş məntəqə seçki komissiyaları protokollarının sayı" sətrində  səsvermənin baş tutduğu seçki məntəqələrindən daxil olan protokolların sayı göstərilir (səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələri məntəqə seçki komissiyalarının təqdim etdikləri protokollar istisna olmaqla);

 

2.1.4. "səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı" sətrində səsvermənin baş tutduğu, lakin səsvermənin nəticəsi etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı göstərilir;

 

2.1.5. "səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı" sətrində təbii fəlakət, qarşısı alına bilinməyən digər hadisələrin baş verməsi nəticəsində, habelə seçkilərin keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilmiş qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə və ya məhkəmənin qərarı olduqda, səsvermənin nəticələri haqqında protokolun tərtib edilmədiyi seçki məntəqələrinin sayı göstərilir;

 

 

 

2.1.6. Protokolun 1-ci bəndi - seçki dairəsi üzrə seçici siyahılarında olan seçicilərin ümumi sayı

 

(1=1a+1b):

 

 

 

2.1.6.1.a) seçici siyahılarında olan seçicilərin sayı;

 

2.1.6.2. b) əlavə seçici siyahılarında olan seçicilərin sayı.

 

(Məntəqə seçki komissiyaları protokollarının 1-ci bəndinin müvafiq olaraq "a" və "b" yarımbəndlərində göstərilən rəqəmlərin cəmi bu protokolun 1-ci bəndinin müvafiq yarımbəndlərində qeyd edilir. Həmin rəqəmlərin cəmi bu protokolun 1-ci bəndinin rəqəmini verir və bu rəqəm müvafiq qrafaya yazılır).

 

 

 

2.1.7. Protokolun 2-ci bəndi - qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı

 

(Məntəqə seçki komissiyaları protokollarının 2-ci bəndindəki rəqəmlər cəmlənərək  bu bənddə qeyd olunur).

 

 

 

2.1.8. Protokolun 3-ci bəndi - dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı

 

(3=4+5+6)

 

(Məntəqə seçki komissiyaları protokollarının 3-cü bəndindəki rəqəmlərinin cəmi bu bənddə qeyd edilir. Bu rəqəm dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına müvafiq aktlar tərtib edilməklə verilmiş seçki bülletenlərinin sayına bərabər olmalıdır (əgər dairə seçki komissiyasının protokolu tərtib edilərkən seçki dairəsinə aid olan seçki məntəqələrinin hamısından daxil olmuş protokollar əsas götürülmüşdürsə).

 

Mötərizədəki hesablamada (3=4+5+6) göstərildiyi kimi, bu bəndin rəqəmi  protokolun 4-cü (seçki bülleteni almış seçicilərin sayı), 5-ci (istifadə edilmədən ləğv olunmuş seçki bülletenlərin sayı) və 6-cı (korlanmış seçki bülletenlərinin sayı) bəndlərinin rəqəmlərinin cəminə bərabər olmalıdır).

 

 

 

2.1.9. Protokolun 4-cü bəndi - seçki bülleteni almış seçicilərin sayı

 

(4=4a+4b+4c):

 

2.1.9.1. a) səsvermə otaqlarından kənarda;

 

2.1.9.2. b) səsvermə otaqlarında - seçici siyahıları əsasında [daimi (və ya müvəqqəti) və əlavə seçici siyahılarında olan imzaların sayı];

 

2.1.9.3. c) səsvermə otaqlarında qeydiyyatdançıxma vəsiqəsi ilə.

 

(Məntəqə seçki komissiyaları protokollarının 4-cü bəndinin "a", "b" və "c" yarımbəndlərində göstərilən rəqəmlərin cəmi bu protokolun 4-cü bəndinin müvafiq yarımbəndlərində qeyd edilir. Həmin rəqəmlərin cəmi protokolun 4-cü bəndinin rəqəmini verir və bu rəqəm müvafiq qrafaya yazılır).

 

 

 

2.1.10. Protokolun 5-ci bəndi - istifadə edilmədən ləğv olunmuş seçki  bülletenlərinin sayı

 

(Məntəqə seçki komissiyaları protokollarının 5-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir).

 

2.1.11. Protokolun 6-cı bəndi - korlanmış seçki  bülletenlərinin sayı

 

(Məntəqə seçki komissiyaları protokollarının 6-cı bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd  olunur).

 

2.1.12. Protokolun 7-ci bəndi - seçki qutularında olan seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri 1 istisna olmaqla):                 

 

(7=7a+7b); (7<4); (7=8+9)

 

2.1.12.1. a) daşınan seçki qutularında (7a<4a);

 

2.1.12.2. b) daşınmaz seçki qutularında (7b<4b+4c).

 

(Məntəqə seçki komissiyaları protokollarının 7-ci bəndinin "a" və "b" yarımbəndlərində göstərilən rəqəmlərin cəmi bu protokolun 7-ci bəndinin müvafiq yarımbəndlərində qeyd edilir. Həmin rəqəmlərin cəmi  protokolun 7-ci bəndinin rəqəmini verir və bu rəqəm müvafiq qrafaya yazılır. Protokolun 7a yarımbəndindəki rəqəm protokolun 4a yarımbəndindəki rəqəmdən, 7b yarımbəndindəki rəqəm isə 4b və 4c yarımbəndlərindəki rəqəmlərin cəmindən az və ya onlara bərabər olmalıdır. Mötərizədə verilmiş kiçik bərabərlikdə (7<4) göstərildiyi kimi, 7-ci bəndin rəqəmi protokolun 4-cü bəndindəki rəqəmdən az və ya ona bərabər olmalıdır. 7-ci bəndin rəqəmi protokolun 8-ci (etibarsız hesab edilmiş səslərin sayı) və 9-cu (etibarlı hesab edilmiş səslərin sayı) bəndlərindəki rəqəmlərin cəminə bərabər olmalıdır (7=8+9)).

 

 

 

2.1.13. Protokolun 8-ci bəndi - etibarsız hesab edilmiş səslərin sayı (namizədlərin soyadlarından sağdakı kvadratlarda heç bir işarə qoyulmamış və ya birdən çox kvadratda işarə qoyulmuş müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı)

 

(Məntəqə seçki komissiyaları protokollarının 8-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir).

 

 

 

2.1.14. Protokolun 9-cu bəndi - etibarlı hesab edilmiş səslərin sayı (namizədlərdən yalnız birinin soyadından sağdakı kvadratda işarə qoyulmuş müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı)

 

(9=10)

 

(Məntəqə seçki komissiyaları protokollarının 9-cu bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir).

 

 

 

2.1.15. Protokolun 10-cu bəndi - etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi

 

(Protokolun bu bəndində seçki bülleteninə daxil edilmiş prezidentliyə namizədlərin soyadı, adı, atasının adı 2 seçki bülletenindəki  ardıcıllıqla, əlifba sırası ilə yazılır və hər bir namizədin lehinə verilmiş səslərin sayı sözlə və rəqəmlə göstərilir. Məntəqə seçki komissiyalarının protokollarındakı hər bir namizədin lehinə verilmiş səslərin cəmi dairə seçki komissiyasının protokolunda həmin namizədin lehinə verilmiş səslərin sayı qrafasında sözlə və rəqəmlə qeyd edilir. Cədvəlin sonunda səslərin cəmi yazılır və bu rəqəm protokolun 9-cu bəndinə (etibarlı səslərin sayına) bərabər olmalıdır. Bu sayda bərabərlik olmazsa, protokol etibarsız sayılır).

 

 

 

2.2. Protokol tam doldurulub qurtardıqdan sonra doldurulma tarixi və vaxtı həmin protokolda qeyd edilir.

 

2.3. Səsvermənin nəticələri haqqında yekun protokol dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Protokolun komissiya üzvləri tərəfindən boş və ya tam doldurulmamış halda imzalanması qadağandır. Protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan dairə seçki komissiyasının üzvü protokolu imzalayaraq ona özünün xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır.

 

 

 

3. Əlavə edilməli olan sənədlərlə birlikdə protokolun Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi

 

 

 

3.1. Aşağıda göstərilən seçki sənədləri Seçki Məcəlləsinin 107.4-cü maddəsinə uyğun olaraq səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının protokoluna əlavə edilərək dərhal, lakin səsvermə günündən 2 gündən gec olmayaraq dairə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün müşayiəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir:

 

3.1.1.  dairə seçki komissiyası protokolunun 1-ci nüsxəsi;

 

3.1.2. səsvermə günü dairə seçki komissiyasına seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar;

 

3.1.3. Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki bülletenlərinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından  dairə seçki komissiyasına verilməsi haqqında akt (İzaha 2 saylı əlavə);

 

3.1.4. Azərbaycan Respublikası Prezidentinin seçkilərində istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (İzaha 3 saylı əlavə);

 

3.1.5. Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin verilməsi və istifadə edilməmiş vəsiqələrin ləğv edilməsi haqqında akt (İzaha 4 saylı əlavə).

 

3.2. 3.1.4-cü və 3.1.5-ci bəndlərdə göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır.

 

3.3. Şikayətlərin (ərizələrin), dairə seçki komissiyası qərarlarının və yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

 

 

 

Qeyd: 1. Məntəqə seçki komissiyasının protokolu tərtib edilən  zaman ehtiyatsızlıqdan hər hansı bir xətaya (məlumatların səhv daxil edilməsi, pozulma, qaralama və s.) yol verilmişdirsə və bunun nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün deyilsə, müvafiq dairə seçki komissiyası protokolu qəbul etdikdən sonra həmin məntəqədə səslərin yenidən hesablanması haqqında qərar qəbul etməlidir. Səslərin yenidən hesablanması dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən aparılır, onlar tərəfindən həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokol tərtib edilərək imzalanır, dairə seçki komissiyasının möhürü ilə möhürlənir və həmin protokolda "səslərin təkrar hesablanması" sözləri qeyd edilir. Bu protokola məntəqə seçki komissiyasının protokolu da əlavə edilir. Dairə seçki komissiyasının yekun protokoluna həmin seçki məntəqəsi üzrə  dairə seçki komissiyası tərəfindən tərtib edilmiş protokoldakı məlumatlar daxil edilir.

 

 

 

Qeyd: 2. Dairə seçki komissiyasının protokolu tərtib edilərkən ehtiyatsızlıqdan həmin protokolda hər hansı bir xətaya (məlumatların səhv daxil edilməsi, pozulma, qaralama və s.) yol verilmişdirsə, dairə seçki komissiyası həmin halı öz qərarı ilə rəsmiləşdirərək buna dair müvafiq akt tərtib etməli, protokolu həmin aktla birlikdə qanunda nəzərdə tutulmuş müddət ərzində Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. 

 

 

 

1 Müəyyənləşdirilmiş formada olmayan seçki bülletenlərinin sayına dair MnSK-lar tərəfindən tərtib edilmiş aktlardakı məlumatların ümumiləşdirilməsi nəticəsində DSK tərəfindən müvafiq akt tərtib edilərək MnSK aktları ilə birlikdə bu protokola əlavə edilir.

 

2 Seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı eyni olduqda onların doğulduqları gün, ay və il də göstərilməlidir.

 

 

 

İzaha 1 saylı əlavə

 

 

 

AZƏRBAYCAN  RESPUBLİKASI  PREZİDENTİNİN  SEÇKİLƏRİ

 

“___” __________ 20__    il

 

 

 

 

 

____saylı______________________________________seçki dairəsi üzrə

 

                                                           (seçki dairəsinin adı)

 

səsvermənin nəticələri haqqında

 

dairə seçki komissiyasının

 

 

 

P R O T O K O L U

 

 

 

_____________________________________________________________________

 

(seçki dairəsi mərkəzinin olduğu yer    muxtar respublika, şəhər, rayon, şəhərdə rayon)

 

 

 

Dairə seçki komissiyası səsvermənin nəticəIəri haqqında məntəqə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumiləşdirərək seçki dairəsi üzrə səsvermənin nəticəIərini müəyyən etmişdir:

 

 

 

 

Seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının sayı

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

Məntəqə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

Dairə seçki komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş məntəqə seçki komissiyaları protokollarının sayı

 

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

Səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı

 

 

 

(sözlə)

 

 (rəqəmlə)

 

1.

 

Seçki dairəsi üzrə seçici siyahılarında olan seçicilərin ümumi sayı  (1=1a+1b):

 

 

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

a)  seçici siyahılarında olan seçicilərin sayı

 

 

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

 

 

b)  əlavə seçici siyahılarında olan seçicilərin sayı

 

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

2.

 

Qeydiyyatdançıxma vəsiqəsi almış seçicilərin sayı

 

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

3.

 

Dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilmiş seçki

 

bülletenlərinin sayı  (3=4+5+6)

 

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

4.

 

Seçki bülleteni almış seçicilərin sayı (4=4a+4b+4c):

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

a)  səsvermə otaqlarından kənarda

 

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

 

 

b) səsvermə otaqlarında  - seçici siyahıları əsasında [daimi (və ya müvəqqəti) və əlavə seçici siyahılarında olan imzaların sayı]

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

 

c) səsvermə otaqlarında – qeydiyyatdançıxma vəsiqəsi ilə

 

  

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

5.

 

İstifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı

 

 

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

6.

 

Korlanmış seçki bülletenlərinin sayı

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

 

7.

 

Seçki qutularında olan seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayan seçki bülletenləri[1] istisna olmaqla) (7=7a+7b); (7≤4); (7=8+9):

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

a) daşınan seçki qutularında (7a≤4a)

 

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

 

 

b) daşınmaz seçki qutularında (7b≤4b+4c)

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

8.

 

Etibarsız hesab edilmiş səslərin sayı (namizədlərin soyadlarından sağdakı kvadratlarda heç bir işarə qoyulmamış və ya birdən çox kvadratda işarə qoyulmuş müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı)

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

9.

 

Etibarlı hesab edilmiş səslərin sayı (namizədlərdən yalnız birinin soyadından sağdakı kvadratda işarə qoyulmuş müəyyənləşdirilmiş formada olan seçki bülletenlərinin sayı)  (9=10)

 

 

 

(sözlə)

 

 

 

(rəqəmlə)

 

 

 

10.

 

Etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi:

 

Seçki bülleteninə daxil edilmiş                 prezidentliyə namizədlərin                                  soyadı, adı,  atasının adı[2]

 

                            

 

(əlifba sırası ilə)

 

Hər bir namizədin

 

lehinə verilmiş səslərin sayı

 

sözlə

 

rəqəmlə

 

 

 

Cəmi:

 

 

 

 Komissiyanın

 

sədri

 

 

 

 

 

Komissiyanın         katibi

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

Komissiyanın         katibi

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

Komissiyanın         üzvləri

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

 

 

 

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

 

 

                      M.Y.

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

 

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

 

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

 

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

 

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

 

 

Protokol 20 ___-ci il____________  _____-da (də) saat ___-da(də) tərtib  edilmişdir.

 

 

 

 

 

Komissiyanın həlledici səs hüquqlu üzvünün xüsusi rəyi haqqında qeyd: ____________ _____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

 

_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

 

 

 

 

 

(soyadı, adı, atasının adı)

 

 

 

(imza)

 

 

 

Q e y d l ə r:

 

Protokol dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir                     və imzalanır. Dairə seçki komissiyasının protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan üzvü protokola xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır.

 

Protokolda düzəlişlər edilməsinə icazə verilmədiyinə görə, əvvəlcə protokolun qaralama nüsxəsini tərtib etmək məqsədəuyğundur.

 

Protokolun karandaşla dyazılmasına icazə verilmir.

 

 

[1] Müəyyənləşdirilmiş formada olmayan seçki bülletenlərinin sayına dair MnSK-lar tərəfindən tərtib edilmiş aktlardakı məlumatların ümumiləşdirilməsi nəticəsində DSK tərəfindən müvafiq akt tərtib edilərək, MnSK aktları ilə birlikdə bu protokola əlavə edilir.

 

[2] Seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı eyni olduqda, onların doğulduqları gün, ay və il də göstərilməlidir.

 

 

İzaha 2 saylı əlavə

 

 

 

Azərbaycan Respublikası Prezidentinin seçkilərində

 

seçki bülletenlərinin Azərbaycan Respublikasının

 

Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına

 

verilməsi haqqında

 

 

 

A  K  T

 

 

 

____________________________________                  “___" ________20     il

 

(rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd)                                                           

 

Saat________

 

 

 

Azərbaycan  Respublikası  Seçki  Məcəlləsinin 99-cu maddəsinin 6-cı

 

 

 

bəndinə   uyğun   olaraq,    Azərbaycan    Respublikasının   Mərkəzi   Seçki

 

 

 

Komissiyası  ____ saylı  ___________________________ seçki dairəsinin

 

                                                     ( seçki dairəsinin adı )

 

dairə   seçki   komissiyasına   seçki   dairəsi  üzrə   seçicilər    siyahısındakı 

 

 

 

seçicilərin  ümumi   sayına   uyğun   olaraq _________________________

 

                                                                                                          (sözlə)                                                 

 

 ____________ ədəd seçki bülleteni vermişdir.

 

     (rəqəmlə)

 

 

 

 

 

Azərbaycan Respublikası

 

Mərkəzi Seçki Komissiyasının

 

katibi                                                        ________    __________________

 

                                                                        (imza)                    (inisialı və soyadı)

 

M.Y.

 

 

 

Dairə seçki komissiyasının

 

sədri                                                          ________    __________________

 

                                                                         (imza)                      (inisialı və soyadı)

 

 

Dairə seçki komissiyasının

 

katibi                                                        ________    __________________

 

                                                                        (imza)                     (inisialı və soyadı)

 

 

 

Dairə seçki komissiyasının

 

katibi                                                        _________    _________________

 

                                                                       (imza)                    (inisialı və soyadı)

 

 M.Y.

 

 

 

 

 

İzaha 3 saylı əlavə

 

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin seçkilərində

 

istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında

 

 

 

A  K  T

 

 

 

____________________________________                 “___" ________20     il

 

(rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd)                                                           

 

 

 

Saat________

 

 

 

Biz, aşağıda imza edənlər, həmin aktı ona görə tərtib etdik ki, __  saylı

 

 

 

____________________________ seçki dairəsinin dairə seçki komissiyası

 

             (seçki dairəsinin adı)

 

tərəfindən ____________________ _______ədəd istifadə edilməmiş seçki                                                                                                              

 

                                          (sözlə)                       (rəqəmlə)

 

bülleteni    qanunla   müəyyən   olunmuş    qaydada    ləğvetmə    xəttindən

 

 

 

kəsilməklə ləğv edilmişdir.

 

 

 

 

 

 

 

 

 

Dairə seçki komissiyasının

 

sədri                                             ________    ____________________

 

                                                                  (imza)                    (inisialı və soyadı)

 

 

 

Dairə seçki komissiyasının

 

katibi                                           _________    ____________________

 

                                                       (imza)                         (inisialı və soyadı)

 

 

 

Dairə seçki komissiyasının

 

katibi                                          _________    ____________________

 

                                                      (imza)                          (inisialı və soyadı)

 

 

 

 

 

M.Y.

 

 

 

İzaha 4  saylı əlavə

 

 

 

Azərbaycan Respublikası Prezidentinin seçkilərində

 

səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin verilməsi və istifadə edilməmiş vəsiqələrin ləğv edilməsi haqqında

 

 

 

A  K  T

 

 

 

____________________________________                  “___" ________20     il

 

     (rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd)                                                           

 

Saat________

 

 

 

Biz,  aşağıda   imza   edənlər,   həmin   aktı  ona  görə   tərtib  etdik   ki,

 

 

 

Azərbaycan  Respublikasının  Mərkəzi  Seçki Komissiyasından _____ saylı  

 

 

 

__________________________ seçki dairəsinin dairə seçki komissiyasına

 

  (seçki dairəsinin adı)

 

verilmiş  ___________________    ___________ ədəd  qeydiyyatdançıxma

 

                         (sözlə)                             (rəqəmlə)                                                                                                                 

 

(səsvermə) vəsiqəsindən _______________________   ___________

 

                                                           (sözlə)                                        (rəqəmlə)

 

                                        

 

ədədi seçicilərə təqdim edilmişdir.

 

 

 

İstifadə edilməmiş _________________________  ___________ ədəd

 

                                                             (sözlə)                              ( rəqəmlə)

 

qeydiyyatdançıxma (səsvermə) vəsiqəsi ortadan kəsilməklə ləğv edilmişdir.

 

 

 

 

 

Dairə seçki komissiyasının

 

sədri                                              _________    ___________________

 

                                                                    (imza)                    (inisialı və soyadı)

 

 

 

Dairə seçki komissiyasının

 

katibi                                            ________    ___________________

 

                                                                   (imza)                    (inisialı və soyadı)

 

 

 

Dairə seçki komissiyasının

 

katibi                                            _________    ___________________

 

                                                                  (imza)                       (inisialı və soyadı)

 

                        M.Y.