Düşmən cavab atəşi ilə susdurulmuşdur

 

Ermənistan ordusunun bölmələri avqustun 1-də və 2-də gecə Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı, Göyarx, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Yusifcanlı kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 6.