Mobil operatorlar «Mobil nömrələrin daşınması sistemi»nin tətbiqini ləngidir

 

Hökumət tərəfindən maliyyələşdirilən idarəetmə sistemi hələ bir il əvvəl hazır olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən mobil operatorlar bugünədək öz üzərlərinə düşən texniki məsələləri icra etmədiklərindən "Mobil nömrələrin daşınması sistemi"nin tətbiqi ləngiyir.

Bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan işlərin icra olunmaması səbəbindən Rabitə İnformasiya Texnologiyaları Nazirliyinə maddi ziyan vurulmuşdur.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bununla əlaqədar mobil operatorlara növbəti xəbərdarlıq olunmuş və dəymiş ziyanın ödənilməsi üçün məhkəmə orqanlarına müraciət olunmasına hazırlıq işlərinə başlanılmışdır.

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 5.