Aleksandr Solovyov: «Qəbələ Şərq və Qərb musiqisinin ahəngdarlığını özündə birləşdirən böyük mədəniyyət mərkəzinə çevrilir»

 

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının dosenti, tanınmış dirijor Aleksandr Solovyov AzərTAc-a müsahibəsində demişdir.

Festivalın yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Aleksandr Solovyov konsertlərin keçirildiyi məkanın heyrətamiz gözəlliyə malik olduğunu qeyd etmişdir.

V Qəbələ Beynəlxalq Musiqi Festivalının ərsəyə gəlməsində Heydər Əliyev Fondunun xidmətlərini yüksək qiymətləndirən tanınmış rusiyalı dirijor bu möhtəşəm incəsənət bayramının Azərbaycan mədəniyyətinin təbliği üçün ən yaxşı fürsət olduğunu bildirmişdir. Görkəmli dirijor demişdir: "Qəbələdə meşələr, vadilər, yaşıl çəmənli dağlar, bir sözlə, hər addımda ecazkar gözəllik insanı valeh edir. Auditoriya isə çox həssasdır. Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Ölkəniz gündən-günə inkişaf edir. Qəbələni beynəlxalq musiqi mərkəzinə çevirmək gözəl fikirdir. Mən uğurla reallaşmaqda olan bu ideyanı alqışlayıram".

 

Azərbaycan. - 2013.- 4 avqust.- S. 7.