Düşmən cavab atəşi ilə susdurulmuşdur

 

Ermənistan ordusunun bölmələri avqustun 2-də və 3-də gecə Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Mərzili, Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,  düşmən cavab atəşi ilə susdurulmuşdur.

 

Azərbaycan. - 2013.- 4 avqust.- S. 7.