Yarım ildə 55 min yeni yeri

 

Regionların inkişafına yönəldilən dövlət proqramlarına uyğun olaraq bölgələrdə həyata keçirilən ardıcıl tədbirlər, iri şəhərlərlə yanaşı, kənd rayonlarında yaradılan müxtəlif təyinatlı istehsal müəssisələri insanların məşğulluq probleminin həllində əvəzsiz rol oynayır.

Görülən tədbirlər sayəsində yeni-yeni yerləri yaranır ki, bu da əhalinin güzəranının daha da da yaxşılaşdırılmasına xidmət edir. Ona görə yeni yerlərinin təşkil olunmasını dövlət prioritet vəzifələrdən biri kimi qarşıya qoyub. 

Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu barədə demişdir: "İşsizliyin aradan qaldırılması 10 il bundan əvvəl qarşıya qoyulmuş ən əsas vəzifələrdən biri idi. On il ərzində 1 milyon 180 min yeni yeri açılmışdır. Bu ilin altı ayında 55 min yeri yaradılmışdır. Onlardan 45 mini daimi yeridir. Yəni bu proses davam edir bu da təbiidir. Çünki bizim iqtisadi siyasətlə bağlı təşəbbüslərimiz, o cümlədən Azərbaycanda aparılan sənayeləşmə siyasəti, əlbəttə ki, yeni yerlərinin açılmasına gətirib çıxarır".

Yeni yerlərinin sayı aydan-aya, ildən-ilə artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramının icrasını əhatə edən 2009-cu ilin yanvar ayından bu ilin aprelinə qədər ölkədə 388,9 min yeni yeri açılıb ki, bunların da 297 mini daimidir. İş yerləri həm yeni obyektlərdə, həm mövcud fəaliyyətini bərpa etmiş  müəssisə təşkilatlarda açılır.

Statkomun bildirdiyinə əsasən, bu ilin birinci rübündə yeni  yerlərinin 72,2 faizi regionlarda yaradılıb. Məsələn, onlardan 19,7 faizi Aran, 14,7 faizi Gəncə-Qazax, 8 faizi Abşeron, 7,9 faizi Lənkəran iqtisadi rayonlarının payına düşür. Yeni yerlərinin 95,2 faizi özəl sektorda açılıb.          

Birinci yarımilliyin sonunda ölkədə iqtisadi fəal əhalinin sayı 4720,9 min nəfər olub. Onlardan 4480,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olanlar təşkil edib.

2013-cü il iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1480 min nəfər, o cümlədən  iqtisadiyyatın dövlət bölməsində 896,2 min nəfər, qeyri-dövlət  bölməsində  583,8 min nəfər olub. Neft sektorunda 37,3 min nəfər, qeyri-neft sektorunda isə 1442,7 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1438,2 min nəfər təşkil edib.

Bəs məşğul əhalinin ayrı-ayrı sahələr üzrə cəmləşməsi necədir? Müəssisə təşkilatlarda muzdla işləyənlərin 21,8 faizi məhsul istehsalı sahələrində çalışır. Onlardan 6,8 faizi tikintidə, 6,2 faizi emal sənayesində, 2,8 faizi kənd,  meşə balıqçılıq təsərrüfatlarında cəmləşib. Qalan 2,5 faizi mədənçıxarma sənayesində, 2,1 faizi elektrik enerjisi, qaz buxar istehsalı, bölüşdürülməsi təchizatında, 1,4 faizi su təchizatı, tullantıların təmizlənməsi emalı sahəsində məşğul olub.

İşləyənlərin 23 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,8 faizi əhaliyə səhiyyə sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi müdafiə, sosial təminat sahələrində fəaliyyət göstərir. 4,9 faizi nəqliyyat anbar təsərrüfatında, 3,9 faizi istirahət, əyləncə incəsənət, 3,7 faizi peşə, elmi texniki fəaliyyət, 1,8 faizi informasiya rabitə sahələrində işləyir. 1,8 faizi maliyyə sığorta fəaliyyəti, 1,6 faizi inzibati yardımçı xidmətlərin göstərilməsi, 1,4 faizi turistlərin yerləşdirilməsi ictimai iaşə, 1 faizi digər sahələrdə 0,8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlarda cəmlənib.

Bu il iyulun 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,2 min nəfər olub. Onların 41,7 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 239,1 manat olub.

İlin əvvəlində Azərbaycanda işsizliyin səviyyəsi 5 faiz təşkil edirdi. 5 faiz səviyyəsində işsizlik istənilən ölkə üçün arzuolunan rəqəmdir. Çünki bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10-15, hətta  25 faiz səviyyəsindədir. Əlbəttə ki, bu, həmin ölkələr üçün ciddi sosial problemlər yaradır.

Azərbaycanda məşğulluq məsələsilə bağlı görülən bütün işlər bunu əks etdirən fakt rəqəmlər göstərir ki, problem uğurla həll olunur. Altı ayın yekunlarına həsr olunmuş iclasda ölkə Prezidenti əmin olduğunu bildirib ki, işsizliyin səviyyəsini göstərən 5 rəqəmi ilin sonuna qədər daha da azalacaq.

 

 

 

Flora SADIQLI

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 5.