Qəbələdə su-kanalizasiya sisteminin yenidən qurulması davam edir

 

Qəbələ şəhərinin su təchizatı kanalizasiya sisteminin yenidən qurulması işləri sürətlə davam edir.

Layihəyə uyğun olaraq, suötürücü qovşaq, su anbarları tikilmiş, anbarlararası boru xətləri çəkilmiş, subartezian quyuları qazılmışdır. Qəbələnin şimalındakı Dəmiraparan çayının sahilində suqəbuledici kompleks - hər birinin tutumu 1000 kubmetr olan iki su anbarı, xlorator qurğusu laboratoriya binasının inşası başa çatdırılmışdır.

Gələcəkdə 5 quyudan saniyədə 62,5 litr su çıxarılacaq ki, bu da istehlakçıların tələbatını tam ödəməyə imkan verəcək. Podratçı şirkət suyun əhaliyə öz axarı ilə verilməsini təmin etmək üçün hündür yerlərdə 6 yeni anbar inşa edir.

Hazırda "Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin ikinci mərhələsi həyata keçirilir. Bu günlər şəhərin Sahil küçəsində plastik borularla 2.500 poqon/metr kanalizasiya xəttinin çəkilişi, 2 subartezian quyusunun qazılması işləri başa çatmışdır. "Qaraçay", "Duruca" su mənbələrində yerləşən anbarlar lilqumdan təmizlənmiş, cari təmir işləri görülmüşdür.

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 5.