Azərbaycan Respublikası Prezidentliyinə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatların təqdim edilməsi QAYDALARI

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/42 saylı qərarı ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasının Prezidentliyinə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatın təqdim edilməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 58.1-ci, 58.1.4-cü, 58.1.5-ci və 58.3-cü maddələrinə və bu Qaydalara uyğun olaraq həyata keçirilir.

 

1.  Ümumi müddəalar

 

1.1. Namizədin qeydə alınması üçün namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müvafiq sənədlərlə birlikdə namizədin gəlirlərinin miqdarı, mənbələri və mülkiyyət hüququ əsasında ona məxsus əmlak haqqında məlumatlar təqdim etməlidir (Seçki Məcəlləsinə 5 saylı, bu Qaydalara 1 və 2 saylı əlavələr).

 

1.2. Həmin məlumatlar seçkilərin təyin edildiyi gündən əvvəlki birillik dövrü əhatə etməlidir. Eyni zamanda, bu məlumata gəlirlərin alındığı təşkilatlardan və fiziki şəxslərdən həmin gəlirlərin cəmi barədə arayışlar əlavə olunur.

 

2. Bu Qaydalarda istifadə edilən anlayışların izahı

 

2.1. Əsas yerindən əməkhaqqı dedikdə, vətəndaşlar tərəfindən mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərlə (müəssisə, idarə, təşkilat və s.) bağlanmış əmək müqavilələrinə (kontraktlara) əsasən konkret ixtisas, dərəcə və vəzifə üzrə işlərin yerinə yetirilməsi, yaxud sahibkarlıq fəaliyyəti subyektləri (fərdi sahibkar, kəndli-fermer təsərrüfatı, kooperativ  s.) ictimaiya dini təşkilatlarda, vəkillik fəaliyyəti, xidməti və ya tədrislə əlaqədar əmək funksiyalarının yerinə yetirilməsinə görə ödənişlər başa düşülür.

 

2.2. Mükafatmaddi yardım dedikdə, il ərzində işin yekununa görə mükafat, xidmət illərinə görə mükafat, birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubileybayram günləri, doğum günləri ilə bağlı və digər oxşar hallarda verilən həvəsləndirici ödənişlər, əmək funksiyalarının yerinə yetirilməsinə görə digər mükafatlarbütün növlərdən olan maddi yardımlar başa düşülür.

 

2.3. Mülki-hüquqi müqavilələrdən əldə olunan gəlirlər dedikdə, bağışlama, dəyişdirmə, vəzifənin icrası ilə əlaqədar olmayan işlərin (birdəfəlik və əvəzçilik üzrə) yerinə yetirilməsindən əldə edilən gəlirlər  hesab edilir.

 

2.4. Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər dedikdə, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə nəzərdə tutulanqanunla qadağan edilməyən fəaliyyət növlərindən əldə edilmiş gəlirlər (sahibkarlıqla məşğul olan fiziki şəxs (şəxslər) tərəfindən ilin yekununa görə, vergi orqanlarına təqdim edilmiş bəyannamədə göstərilən gəlirlər) başa düşülür.

 

2.5. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər dedikdə, aşağıda göstərilənlər də daxil olmaqla, muzdlu işlə əlaqədar və ya sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdən başqa, aşağıdakı digər gəlirlər başa düşülür:

 

2.5.1. banklardankredit idarələrindən alınmış faizlər;

 

2.5.2. dividentlər;

 

2.5.3. müəlliflik haqqı;

 

2.5.4. royalti;

 

2.5.5. qiymətli kağızlar üzrə əməliyyatlardan əldə edilən gəlirlər;

 

2.5.6. bağışlanmış borcun məbləği;

 

2.5.7. əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlər;

 

2.5.8. həyatın yığım sığortası üzrə gəlirlər;

 

2.5.9. ailə üzvü olmayan şəxslərdən alınan hədiyyələr və maddi yardımlar;

 

2.5.10. alınmış miraslar;

 

2.5.11. lotereya uduşları;

 

2.5.12. birgə gəlirlər (ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlak və digər gəlirlər, ümumi birgə mülkiyyətdə olan əmlak və s.);

 

2.5.13. qanunla qadağan edilməyən digər gəlirlər.

 

2.6. Əmlak və mülkiyyət haqqında məlumatlar əmlakın və mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən müvafiq orqanlardan alınmış arayışlarla təsdiq olunur.

 

3. Yekun müddəalar

 

3.1. Bu Təlimat qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-11 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentliyinə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatın təqdim edilməsi Qaydası" qüvvədən düşmüş hesab edilir.

 

 

 

Qaydaya 1 saylı əlavə

 

Namizədin gəlirlərinin miqdarı və mənbələri haqqında

 

M Ə L U M A T

 

 

 

___________________________________________________________________________________________

 

[(namizədin soyadı, adı, atasının adı, doğum tarixi,

 

 

 

__________________________________________________________________________________________________

 

əsas ya  xidmət yeri, tutduğu vəzifə,

 

 

 

___________________________________________________________________________________________

 

(bu olmadıqda -  məşğuliyyəti),

 

 

 

___________________________________________________________________________________________

 

(yaşayış yerinin ünvanı)]

 

 

 

Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)_____________________________________________________

 

                                                                                                                                 (sahibkarlıq fəaliyyəti ilə məşğul olan doldurur)

 

 

 

Məlumatın əhatə etdiyi dövr:                “______”_______________________20___ ildən

 

 

 

“______”_______________________20___ ilədək

 

 

 

Dövrlər

 

Gəlirlərin mənbələri

 

il, ay

 

əsas yerindən əmək haqqı

 

mükafat maddi yardım

 

mülki-hüquqi müqavilələrdən gəlirlər

 

sahibkarlıq fəaliyyətindən gəlirlər

 

Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlər

 

cəmi

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

20___ il

 

 

 

20___ il

 

 

 

 

CƏMİ

 

 

Gəlirlərim barədə təqdim etdiyim məlumatın

 

düzgünlüyünü təsdiq edirəm:                                                                         __________________

 

                                                                                                                                                                             (namizədin imzası)

 

__________________________________

 

                                                (tarix)

 

 

 

Qaydaya 2 saylı əlavə (Seçki Məcəlləsinə 5 saylı əlavə)

 

 

 

ƏMLAK BARƏSİNDƏ MƏLUMAT

 

 

 

Mən, Azərbaycan Respublikası Prezidentliyinə namizəd_______________________________________________

 

 

 

___________________________________________________________________________________________

 

(namizədin soyadı, adı, atasının adı, doğum tarixi)

 

 

 

__________________________________________________________________________________________________

 

(əsas ya  xidmət yeri, tutduğu vəzifə)

 

 

 

___________________________________________________________________________________________

 

(bu olmadıqda - məşğuliyyəti)

 

 

 

___________________________________________________________________________________________

 

(yaşayış yerinin ünvanı)

 

 

 

mənə xüsusi mülkiyyət hüququ əsasında (o cümlədən ümumi mülkiyyət hüququ əsasında) məxsus olan əmlakım haqqında məlumat verirəm:

 

 

 

Daşınmaz əmlak

 

 

sıra sayı

 

əmlakın növü adı

 

ölçü vahidi

 

sahə

 

əmlakın olduğu yer

 

1

 

torpaq sahəsi

 

ha

 

 

 

 

 

2

 

yaşayış sahəsi

 

kv.m.

 

 

 

 

 

3

 

Mənzillər

 

kv.m

 

 

 

 

 

4

 

bağlar

 

kv.m

 

 

 

 

 

5

 

qaraj digər bina, tikili, avadanlıq

 

kv.m

 

 

 

Nəqliyyat vasitələri

 

 

sıra sayı

 

nəqliyyat vasitəsinin növü

 

say

 

marka

 

1

 

minik avtomobili

 

 

 

 

 

2

 

yük avtomobili

 

 

 

 

 

3

 

digər nəqliyyat vasitəsi

 

 

Əmlakım haqqında təqdim etdiyim məlumatın

 

düzgünlüyünü təsdiq edirəm:                                                                ______________________________

 

                                                                                                                                                                             (namizədin imzası)

 

 

    __________________________________

 

                                                                                                                                                                                    (tarix)

 

 

 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

 

LİNKLƏR

 

Azərbaycan. - 2013.- 6 avqust.- S. 3.