Mərkəzi Seçki Komissiyası bölgələrdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır

 

Avqustun 5-də Mərkəzi Seçki Komissiyası (MSK) Gəncədə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 2006-cı il 28 dekabr tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli sərəncamlarının icrası ilə əlaqədar seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır.

Gəncədəki 37 saylı Nizami I və 38 saylı Nizami II, 39 saylı Kəpəz I və 40 saylı Kəpəz II seçki dairələri dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin iştirakı ilə keçirilən kurslarda şəhər icra hakimiyyətinin məsul işçiləri Şahlar Qocayev, MSK-nın nümayəndələri Baxşeiş Əsgərov və Fərhad Eminbəyli, Kəpəz Rayon Məhkəməsinin hakimi Nuru Quliyev, rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vasif Əliyev "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələrinin qurulması", "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", "Seçici siyahıları ilə iş qaydası" və " Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri" mövzularında məruzələrlə çıxış etmişlər.

Məruzəçilər qeyd etmişlər ki, ildən-ilə təkmilləşən seçki prosesi zamanı ölkəmizdə uğurlu nailiyyətlərə imza atılır. Artıq vətəndaşlar öz hüquqlarından istifadə edərək qanunlarla idarə olunan seçki prosesində fəallıq göstərirlər. Şəffaf və demokratik yolla keçən seçkilərdə öz vətəndaş hüquqlarından istifadə edirlər.

Bildirilmişdir ki, qarşıdan gələn prezident seçkilərinə hazırlıq məqsədi ilə təşkil olunmuş bu kurslar Avropanın bir hissəsi olan Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, yüksək səviyyədə keçirilməsində mühüm əhəmiyyət daşıyır. Natiqlər onu da vurğulamışlar ki, əvvəlki seçkilərdə olduğu kimi, növbəti prezident seçkilərində də obyektivliyin təmin olunması məqsədi ilə bütün imkanlar yaradılmışdır. Bunun üçün dairə seçki komissiyaları sədrlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri vardır.

Seçki prosesinin bütün mərhələlərinin müvəffəqiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayan məruzəçilər, dairə seçki komissiyaları üzvlərinin  məntəqə seçki komissiyalarında maarifləndirmə istiqamətində zəruri işlər aparmalarının zəruriliyindən də danışmışlar. Seçki prosesində mənfi hallara qarşı mümkün olan bütün işlərin görülməsinin vacibliyi qeyd edilmişdir.

Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi ixtisaslaşdırılmış kurslar 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd və 100 saylı Şəmkir-Daşkəsən seçki dairələri dairə seçki komissiyalarında da uğurla başlanmışdır. Kurslarda müxtəlif mövzularda çıxış edən rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Abdulla Sadıqov, rayon polis şöbəsinin rəis müavini İqbal Əliyev ölkəmizin əlamətdar hadisə - prezident seçkiləri qarşısında olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, bu məsul kampaniyanın qanunvericiliyə uyğun keçirilməsi üçün hər bir Azərbaycan vətəndaşının qarşısında məsul vəzifələr durur. İstər dairə seçki komissiyalarında, istərsə də seçki məntəqələrində bu məsul işə ciddi yanaşılmalı, Azərbaycanın beynəlxalq imicinin qorunması üçün hər kəs üzərinə düşən işin öhdəsindən layiqincə gəlməlidir.

Avqustun 5-də 96 saylı Göranboy-Naftalan və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələri dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda da bir çox məsələlərə aydınlıq gətirilmiş, seçkilərin şəffaf və demokratik keçirilməsi üçün maraqlı fikirlər səsləndirilmişdir.

Mərkəzi Seçki Komissiyasının məsul işçisi Samir Tağıyev, rayon polis şöbəsinin rəisi Məhəmməd Məmmədov dairə seçki komissiyası üzvlərinin, eləcə də seçki məntəqələrinin sədrləri qarşısında çıxış edərək milyonlarla Azərbaycan vətəndaşının iştirak edəcəyi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün ölkədə hər bir şəraitin yaradıldığını qeyd etmiş, hər bir seçicinin hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışmışlar. Artıq Azərbaycanda seçki prosesinin demokratik əsaslarla keçirilməsi üçün bütün qanunverici aktların olduğunu diqqətə çatdıran məruzəçilər onu da əlavə etmişlər ki, seçki prosesi zamanı hər bir seçiciyə hörmətlə yanaşılmalı, onun azad və istəyinə uyğun səs verməsi üçün lazımi şərait yaradılmalıdır.

Gədəbəydə keçirilən ixtisaslaşdırılmış kurslarda da maraqlı fikirlər səsləndirilmişdir. 103 saylı Gədəbəy və 104 saylı Gədəbəy-Tovuz seçki dairələri dairə seçki komissiyalarının binalarında keçirilən kurslarda çıxış edən MSK-nın məsul işçiləri Şahin Əsədov və Əziz Məhərrəmov, rayon prokuroru Allahverdi Səfərov, rayon məhkəməsinin sədri Vahid Sadıqov, rayon polis şöbəsinin rəisi Məhərrəm Quliyev və rayon icra hakimiyyətinin məsul işçisi Nizaməddin Quliyev seçki prosesi ilə bağlı qarşıda duran vəzifələrdən danışmış və bildirmişlər ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ən sürətlə inkişaf edən ölkələr sırasına çıxmışdır. İqtisadiyyatımız gündən-günə inkişaf etmiş, elm, təhsil, səhiyyə və digər sahələrdə misli görünməmiş nailiyyətlər qazanılmışdır. İndi respublikamız dünya birliyi ölkələri sırasında uğurlu addımlarla irəliləyir. Söz yox ki, bütün bu uğurlar  insanların şüurunda da inkişaf meyilləri yaratmışdır. Xüsusilə ölkəmizin seçki prosesində demokratik meyillər ildən-ilə genişlənməkdədir. Bunu ötən seçkilərdə qazanılan uğurlar da bir daha təsdiq edir. Lakin əldə olunmuş nailiyyətlər işin başlanğıcıdır. Ona görə də qarşıdan gələn prezident seçkilərində hər bir seçicinin öz iradəsini ifadə etməsi üçün şəffaf şərait yaradılmalı, onların seçki məntəqələrinə gələrək sərbəst şəkildə istədikləri namizədə səs vermələri təmin olunmalıdır.

102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasında keçirilən kurslarda çıxış edən MSK-nın məsul işçiləri Tofiq Həsənov və Fərid Orucov, eləcə də rayon məhkəməsinin sədri Nizami Hümbətov ölkəmizin böyük sınaq qarşısında olduğunu qeyd etmiş və bu məsul kampaniyaya - prezident seçkilərinə ciddi hazırlıq görüldüyünü diqqətə çatdırmışlar. Bildirilmişdir ki, seçkilərin azad və demokratik keçirilməsi üçün qanunvericiliyin bütün müddəalarına əməl olunmalıdır. Səsvermə prosesi zamanı heç bir seçicinin arzu və istəyinə müdaxilə etmək olmaz. Seçki prosesi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına qarşı tədbirlər görülməlidir.

Kurslarda iştirakçıların suallarına da aydınlıq gətirilmişdir.

Mərkəzi Seçki Komissiyasının aşağı seçki komissiyalarının üzvləri üçün keçirdiyi kurslar avqustun 6-da davam edəcəkdir.

 

* * *

 

Avqustun 5-də Şəki-Zaqatala bölgəsi rayonlarında fəaliyyət göstərən seçki dairələrinin dairə seçki komissiyalarında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə  ixtisaslaşdırılmış kurslar başlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrasına uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə keçirilən bu kurslar üç gün davam edəcəkdir.

Şəkidə fəaliyyət göstərən 113 saylı Şəki şəhər, 114 saylı Şəki kənd birinci və 115 saylı Şəki kənd ikinci seçki dairələrinin dairə seçki komissiyalarında təşkil olunan kurslarda hər üç dairə üzrə, ümumilikdə, 25 nəfər dairə seçki komissiyasının üzvü və 109 nəfər məntəqə seçki komissiyasının sədri iştirak edir.

Təlimlərin ilk günündə "Seçki siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə orqanlarının rolu", "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", "Seçki siyahıları ilə iş qaydası" mövzularında məruzələr dinlənilmişdir.

Kurslarda Mərkəzi Seçki Komissiyasının hüquq şöbəsinin müdiri İradə Hacıyeva, MSK-nın təşkilat şöbəsinin böyük məsləhətçisi Fərid Əbilov, habelə şəhər icra hakimiyyətinin məsul nümayəndələri, şəhər məhkəməsinin sədr və əməkdaşları iştirak etmişlər.

Məruzələrdə cari ilin oktyabrında keçiriləcək növbəti prezident seçkilərinə hazırlıq məsələləri barədə danışılmış, seçkilərin azad, demokratik və şəffaf keçirilməsini təmin etmək məqsədilə respublikanın bütün şəhər və rayonlarında dairə seçki komissiyaları üçün hər cür şəraitə malik olan yeni inzibati binaların tikilib istifadəyə verildiyi, komissiya üzvlərinin iş şəraitinin daha da yaxşılaşdırıldığı diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, 113 saylı Şəki şəhər və 115 saylı Şəki kənd ikinci seçki dairələrinin dairə seçki komissiyaları  üçün 2013-cü ilin mayında hər cür şəraiti olan yeni inzibati binalar tikilib istifadəyə verilmişdir.

MSK-nın təmsilçiləri dairə seçki komissiyaları üzvlərini və məntəqə seçki komissiyaları sədrlərini maraqlandıran məsələlərə aydınlıq gətirmişlər.

109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasında da ixtisaslaşdırılmış kursların ilk günü MSK-nın tematik planı əsasında aparılmışdır. Təlimlərdə dairə seçki komissiyasının 6 üzvü və 33 məntəqə sədri iştirak etmişdir.

Məruzələri dairə seçki komissiyasının sədri Vahid Əliyev, rayon məhkəməsinin sədri Rafiq Kazımov, habelə rayon icra hakimiyyətinin məsul nümayəndələri təqdim etmişlər.

110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələrinin dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda, ümumilikdə, dairə seçki komissiyalarının 18 üzvü və 83 nəfər məntəqə seçki komissiyasının sədri iştirak etmişdir.

Təqdim olunan məruzələrdə məntəqə seçki komissiyaları sədrlərinin vəzifələri, məntəqələrin fəaliyyətlərinin təşkili barədə danışılmış, müvafiq tövsiyələr verilmişdir.

112 saylı Qax seçki dairəsi dairə seçki komissiyasının sədri Abdukərim Əliyevin verdiyi məlumata görə, təlimlərdə 9 nəfər komissiya üzvü və 55 nəfər məntəqə seçki komissiyasının sədrləri ilə yanaşı, Qaxda məskunlaşan məcburi köçkünlərin qeydiyyatda olduqları rayonları təmsil edən 3 seçki məntəqəsinin sədrləri də iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev və MSK katibliyinin əməkdaşı Faiq Bəşirovun iştirakı ilə keçirilən təlimlərdə qeyd olunmuşdur ki, seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçməsi ilk növbədə, seçki məntəqələrində səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkil edilməsindən, komissiya üzvlərinin hazırlıq səviyyəsindən asılıdır. Odur ki, komissiya sədrləri və üzvləri təlimatları daha dərindən öyrənməli, seçki qanununun tələblərinə ciddi əməl etməlidirlər.

117 saylı Oğuz-Qəbələ seçki dairəsi dairə seçki komissiyasında keçirilən təlimlər də MSK-nın tərtib etdiyi tematik plana uyğun aparılır. Dairə seçki komissiyasından verilən məlumata görə, ixtisaslaşdırılmış kurslarda dairə seçki komissiyasının 6 üzvü və 57 nəfər məntəqə sədri iştirak edir.

Kursların ilk günündə rayon icra hakimiyyəti başçısının birinci müavini Yusif Naxçıvanski, rayon məhkəməsinin sədri Rəfail Şirinov və dairə seçki komissiyası sədrinin məruzələri dinlənilmişdir.

İxtisaslaşdırılmış kurslar üç gün davam edəcəkdir.

 

* * *

 

Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən kursların ilk günündə 118 saylı Ağdam şəhər seçki dairəsi dairə seçki komissiyasının (DSK) sədri Ramiz Səfərov DSK üzvləri və məntəqə seçki komissiyaları sədrlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və seçki hüququ ilə bağlı biliklərinin artırılması baxımından kursların əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, kurslar komissiya üzvlərinin maarifləndirilməsi məqsədi daşımaqla yanaşı, həm də onların siyasi biliklərinin artırılmasında, həyata keçirdikləri hər bir seçki hərəkətinə məsuliyyətlə yanaşmalarında, seçkilərin demokratik və şəffaf keçirilməsində böyük təsirə malikdir.

Kursda Ağdam Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Tahir Abbasov və rayon məhkəməsinin sədri Seyfəli Seyfullayev "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bu kimi istiqamətdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması", "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri" mövzularında məruzələr etmiş, vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquqları barədə ətraflı danışmışlar.

Kurs çərçivəsində seminar da təşkil olunmuş, dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirilmiş, mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Beyləqan rayonunda keçirilən kurslarda 81 saylı Beyləqan seçki dairəsi DSK-nın 9 üzvü və 35 seçki məntəqəsinin sədrləri, 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə 18 məntəqə sədri, habelə qaçqın və köçkün rayonlarının seçki məntəqələrinin sədrləri iştirak etmişlər.

Beyləqan Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Quliyev və rayon məhkəməsinin sədri Maşallah Şirvanov kursda məruzə ilə çıxış edərək iştirakçılara seçkilərlə bağlı dairə və məntəqə seçki komissiyalarının vəzifələri barədə məlumat vermişlər.

82 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri də kurslara həvəslə başlamışlar. Kursda 43 məntəqə seçki komissiyasının sədri, dairə seçki komissiyasının 8 üzvü, həmçinin 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 3 məntəqə sədri iştirak etmişlər.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsində keçirilmiş kursda  Ağcabədi Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qurban Babayev və rayon məhkəməsinin sədri Xanlar Fərhadov çıxış edərək seçici siyahıları ilə işin təşkili, seçkiqabağı təşviqatın aparılması, Azərbaycan Respublikasının Konstitusiyası ilə verilən seçki hüquqları, Seçki Məcəlləsi, əsas anlayış və prinsiplər, seçki hüquqlarının məhkəmə müdafiəsi, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri barədə ətraflı məlumat vermişlər.

84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasında kursların ilk günündə iştirakçılara seçki siyahıları ilə işin təşkili, seçkiqabağı təşviqatın aparılması, seçki prosesi, protokolların yazılması, kargüzarlıq və sair məsələlər barədə məlumat verilmiş, seminar keçirilmişdir.

48 saylı Yevlax seçki dairəsi dairə seçki komissiyasının üzvləri və dairədə fəaliyyət göstərən 29 məntəqənin sədrləri seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara fəal başlamışlar.

Kursların birinci günündə Yevlax Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Vaqif Abdullayev, rayon polis şöbəsinin rəis müavini Natiq Həsənov və DSK-nın sədri Yaşar Abbasov seçki siyahıları ilə işin təşkili, seçkiqabağı təşviqatın aparılması, rəsmi seçki sənədlərinin daşınması və saxlanmasının təmin edilməsi, asayişin qorunmasında daxili işlər orqanlarının rolu mövzularında məruzələrlə çıxış  etmişlər.

Kurs çərçivəsində keçirilən seminarda dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirilmişdir.

93 saylı Bərdə şəhər seçki dairəsi dairə seçki komissiyasında keçirilən ixtisaslaşdırılmış kursda rayon icra hakimiyyəti aparatının şöbə müdiri Mürsəl Bağırov və DSK-nın sədri Şakir Əliyev məruzə edərək dinləyicilərə seçici siyahıları ilə işin təşkili, seçkiqabağı təşviqatın aparılması, prezident seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi və sair barədə məlumat vermişlər.

94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyasının 6 üzvünün, 54 məntəqə sədrinin, habelə qaçqın və köçkün rayonlarının seçki məntəqələri sədrlərinin iştirak etdikləri kursda DSK sədri və rayon icra hakimiyyəti aparatının hüquq şöbəsinin müdiri məruzə etmiş, komissiya sədrlərinin sualları cavablandırılmışdır.

95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasında təşkil olunmuş kursda rayon icra hakimiyyətinin şöbə müdiri Elmir Abbaszadə və rayon məhkəməsinin sədri Hüseyn Mirzəliyevin çıxışları dinlənilmişdir. Kursların ilk günündə seçki hüququ, seçici siyahıları ilə işin aparılması barədə danışılmış, məntəqə seçki komissiyaları sədrlərinin sualları cavablandırılmışdır.

Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasında keçirilən kurslarda MSK-nın nümayəndəsi Ramil Nurəliyev və rayon icra hakimiyyətinin şöbə müdiri Aslan Abbasov seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, seçki siyahıları ilə işin təşkili, seçkiqabağı təşviqatın aparılması mövzularında məruzə etmişlər.

Kurslar avqustun 8-dək davam etdiriləcəkdir.

 

* * *

 

105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasında üç gün davam edəcək seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslarda dairə seçki komissiyasının üzvləri və dairənin əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri iştirak edirlər. Kursun birinci günündə müdavimlər rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Fərman Qurbanovun "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması", rayon məhkəməsinin sədri  Könül Məmmədovun "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri", 105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasının sədri Əhməd İbrahimovun "Seçici siyahıları ilə iş qaydası" mövzularında məruzələrini dinləmişlər.

Həmin gün 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasında keçirilən kursda Tovuz Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Fərman Qurbanov "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması", rayon məhkəməsinin sədri  Könül Məmmədov "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri", 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədri Xəqani Vəliyev "Seçici siyahıları ilə iş qaydası" mövzularında məruzələrlə çıxış etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.

108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasında keçirilən kursun birinci günündə müdavimlər rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Ramiz Tatarovun "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması", rayon məhkəməsinin hakimi Kamil Rzayevin "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüquqlarının qorunması mexanizmləri", 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədri Tamerlan Eyyubovun "Seçici siyahıları ilə iş qaydası" mövzularında məruzələrini  dinləmişlər.

Məruzələrdə və çıxışlarda 2013-cü ilin prezident seçkilərinə hazırlıq məsələlərinə geniş yer ayrılmış, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi məqsədi ilə bütün şəhər və rayonlarda dairə seçki komissiyaları üçün hər cür şəraitin yaradıldığı bildirilmişdir.

 

* * *

 

Avqustun 5-də seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar ölkənin bütün regionlarında olduğu kimi, Sumqayıt şəhərində də mütəşəkkil surətdə başlamışdır.

41 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyasında (DSK) keçirilən seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslarda DSK-nın üzvləri və dairənin əhatə etdiyi 39 məntəqə seçki komissiyalarının sədrləri, həmçinin qaçqın və məcburi köçkün rayonlarının dairə seçki komissiyalarının sədrləri iştirak etmişlər.

İxtisaslaşdırılmış kursların birinci günündə müdavimlər şəhər icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Vüqar Cavadovun "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması", Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ruhiyyə Mahmudovanın "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", 41 saylı Sumqayıt seçki dairəsi dairə seçki komissiyasının sədri Məzahir Süleymanovun seminar xarakterli "Seçki siyahıları ilə iş qaydası" mövzularında məruzələrini dinləmişlər.

 Həmin gün 42 saylı Sumqayıt ikinci seçki dairəsi dairə seçki komissiyasında keçirilən kurslarda DSK-nın üzvləri və dairənin əhatə etdiyi 36 məntəqə seçki komissiyalarının sədrləri, həmçinin Şuşa, Ağdam, Xocalı, Xocavənd, Kəlbəcər seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sədrləri iştirak etmişlər.

İxtisaslaşdırılmış kursların birinci günündə müdavimlər Mərkəzi Seçki Komissiyasının katibliyinin şöbə müdiri Zirəddin Cəlilovun, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elman Məmmədovun, şəhər icra hakimiyyətinin nümayəndəsi Zaur Əliyevin müvafiq mövzularda maraqlı məruzələrini dinləmişlər. Məruzəçilər qeyd etmişlər ki, ildən-ilə təkmilləşən seçki prosesi zamanı ölkəmizdə uğurlu nailiyyətlərə imza atılır. Artıq vətəndaşlar öz hüquqlarından istifadə edərək qanunlarla idarə olunan seçki prosesində fəallıq göstərirlər. Şəffaf və demokratik yolla keçən seçkilərdə öz vətəndaş hüquqlarından istifadə edirlər.

43 saylı Sumqayıt üçüncü seçki dairəsi dairə seçki komissiyasında keçirilən kurslarda DSK-nın üzvləri və dairənin əhatə etdiyi 33 məntəqə seçki komissiyalarının sədrləri, həmçinin qaçqın və məcburi köçkün rayonlarının 125 və 120 saylı seçki dairələrinin dairə seçki komissiyalarının sədrləri iştirak etmişlər.

Kursların birinci günündə müdavimlər şəhər icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Elşən Qəmbərovun, Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlqar Məmmədovun, 43 saylı Sumqayıt seçki dairəsi dairə seçki komissiyasının sədri Həsən Məmmədovun müxtəlif mövzularda məruzələrini dinləmiş, dinləyicilərin sualları cavablandırılmışdır.

 Məruzələrdə və çıxışlarda 2013-cü ilin prezident seçkilərinə hazırlıq məsələlərinə geniş yer ayrılmış, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi məqsədilə bütün şəhər və rayonlarda dairə seçki komissiyaları üçün hər cür şəraitin yaradıldığı bildirilmişdir.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 6 avqust.- S. 4.