Prezident seçkiləri ilə bağlı maarifləndirici plakatların yerləşdirilməsinə başlanmışdır

 

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bəzi maarifləndirici plakatların yerləşdirilməsinə başlamışdır.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,  hazırda yayılan maarifləndirici plakatlarda seçki hüququ olan şəxsləri adlı siyahıda öz adlarını yoxlamağa çağırır. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş vaxtlarda digər maarifləndirici plakatlar və əyani vasitələr də yayılacaqdır.

Qeyd edək ki, MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul etmişdir.

 

Azərbaycan. - 2013.- 6 avqust.- S. 5.