Elçin Həşimov: Qəbələ Beynəlxalq Musiqi Festivalı dünya musiqi tədbirləri arasında layiqli yerini tutmuşdur

 

Qəbələ Beynəlxalq Musiqi Festivalı dünya musiqi tədbirləri arasında layiqli yerini tutmuşdur. Qəbələ səhnəsində Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin yüksək səviyyədə ifası bu möhtəşəm incəsənət bayramının beynəlxalq musiqi festivalları arasında xüsusi mövqeyə malik olmasını bir daha təsdiqləyir. Gənc ifaçılarla dünya şöhrətli musiqiçilərin eyni səhnəni bölüşmələri isə festivalın daha bir gözəl keyfiyyətlərindəndir.

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, əməkdar artist, Prezident təqaüdçüsü, tarzən Elçin Həşimov AzərTAc-a müsahibəsində demişdir.

Elçin Həşimov Azərbaycanda mədəniyyətin inkişafına dövlət başçısı İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən çox böyük dəstək verilməsinin əhəmiyyətini xüsusilə vurğulamışdır. Bildirmişdir ki, Qəbələ festivalında klassikkamera musiqisi ilə yanaşı, muğamlarımızın da ifa olunması hamıda xoş ovqat yaradır. Mən festivalda çox zəngin olan, insanları hər zaman heyrətləndirən və dünya musiqi sənətində seçilən Azərbaycan muğamının yenə də yerlixarici ölkə tamaşaçılarının böyük marağına səbəb olduğunu gördüm.

 

Azərbaycan. - 2013.- 6 avqust.- S. 7.