İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

2013-cü ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şairdramaturq İslam Əhməd oğlu Səfərlinin 90 illiyi tamam olmuşdur.

İslam Səfərli bütün yaradıcılığı boyu ana dilinin geniş bədii imkanlarından ustalıqla faydalanmış, vətən təbiətinin gözəlliklərini və insanın mənəvi aləminin zənginliklərini tərənnüm edən, yüksək şeriyyətə malik əsərləri ilə milli ədəbiyyatı zənginləşdirmişdir.

 Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olan şairdramaturq İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, İslam Səfərlinin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 7 avqust.- S.1.