Seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyəti yüksək qiymətləndirilmişdir

 

Dairə seçki komissiyalarının (DSK) üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil edilən ixtisaslaşdırılmış kurslar avqustun 6-da davam etmişdir.  Kurslar 33, 34, 35 və 36 saylı Xətai birinci, ikinci, üçüncüdördüncü seçki dairələri dairə seçki komissiyalarında mütəşəkkil qaydada keçirilmişdir.

Kurslarda dairələrin əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri ilə yanaşı, bu ərazilərdəki bir sıra məcburi köçkün rayonlarının aşağı seçki orqanlarının sədrləri də iştirak etmişlər.

Təlimlərin ikinci günündə seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılması təhlükəsizliyinin təmin edilməsi, seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, seçkiqabağı təşviqatın aparılmasına şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması, eləcə də seçki komissiyaları ilə səmərəli əlaqənin qurulması və digər mövzular ətrafında çıxışlar olmuş, fikir mübadiləsi aparılmışdır.

Kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, DSK sədrləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis rəisləri müvafiq mövzularla bağlı mühazirələrlə çıxış etmişlər. Seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyəti yüksək qiymətləndirilmişdir.

Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 7 avqust.- S. 2.