119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyasının yeni inzibati binası istifadəyə verilmişdir

 

Ağdam rayonunun Quzanlı qəsəbəsində 119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyası üçün yeni inşa edilmiş inzibati bina istifadəyə verilmişdir.

Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər ölkəmizdə gedən hərtərəfli inkişafdan, o cümlədən demokratik cəmiyyət quruculuğu istiqamətində görülən işlərdən danışmış, dairə seçki komissiyası üçün yeni inzibati binanın tikilib istifadəyə verilməsini bu sahədə atılan müsbət addım kimi dəyərləndirmişlər.

Sonra rəmzi qırmızı lent kəsilmiş, mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olmuşlar. Müasir texnologiya və avadanlıqla təmin olunmuş binada iclas zalı, 8 otağı, arxiv və yardımçı otaqlar yaradılmış, tikili istilik sistemi ilə təchiz edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 7 avqust.- S. 3.