Mərkəzi Seçki Komissiyası bölgələrdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır

 

Avqustun 5-də Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 2006-cı il 28 dekabr tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli sərəncamlarının icrası ilə əlaqədar regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasında seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslarda dairə seçki komissiyasının üzvləri və dairənin əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri iştirak edirlər.

Kursun ikinci  günündə müdavimlər MSK-nın nümayəndələri Şahin Əsədli və Əziz Məhərrəmovun "Seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, yerlixarici müşahidəçilərin hüquq və vəzifələri", rayon polis şöbəsinin rəisi Vaqif İsmayılovun "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri", 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədri Xəqani Vəliyevin "Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili" mövzularında məruzələrini dinləmişlər.

105 saylı Tovuz, 107 saylı Qazax, 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarında keçirilən kurslarda da müdavimlərə bir sıra qanunvericilik aktları, təlimatlar barədə ətraflı məlumatlar verilmiş, bəzi məsələlərə aydınlıq gətirilmişdir.

Məruzələrdə və çıxışlarda 2013-cü ilin prezident seçkilərinə hazırlıq məsələlərinə geniş yer ayrılmış, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi məqsədi ilə bütün şəhər və rayonlarda dairə seçki komissiyaları üçün hər cür şəraitin yaradıldığı bildirilmişdir. Həmçinin seçicilərin hüquqlarının qorunması, seçkiqabağı təşviqatın aparılmasına normal şəraitin yaradılması və digər məsələlərdən də geniş bəhs olunmuşdur.

 

* * *

 

Avqustun 6-da Mərdəkan mədəniyyət sarayında 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər seçki dairələri dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar keçirilmişdir.

Kursda çıxış edən Xəzər Rayon Polis İdarəsinin rəis müavini Ələddin Səfərov seçkilərin hazırlanmasında və keçirilməsində daxili işlər orqanlarının  qarşısında duran vəzifələrdən danışmışdır. Bildirilmişdir ki, əsas vəzifələrdən biri də ölkədə mövcud olan sabitliyi qoruyub saxlamaq və təmin etməkdir. Daxili İşlər Nazirliyi (DİN)  seçicilərin səsvermə hüququnun reallaşdırılması üçün onların hər birinin şəxsiyyət vəsiqəsi ilə təmin olunması məsələsini ciddi nəzarətdə saxlayır. DİN seçkilər prosesinə hər hansı müdaxilənin baş verməməsi, təhlükəsizliyin tam təmin olunması istiqamətində də seçki komissiyaları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərəcəkdir. Daxili işlər orqanlarının əməkdaşları DİN tərəfindən seçkilərlə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq artıq fəaliyyət göstərməkdədirlər.

Dairə seçki komissiyalarının sədrləri Mütəllim Balaqardaşovİmran Qəmbərov çıxış edərək kursların əhəmiyyətini vurğulamışlar. Bildirilmişdir ki, kurslar Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 2006-cı il 28 dekabr tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.

 

Natiqlər bildirmişlər ki, respublikamızda həyata keçirilən uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik bərqərar olmuş, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza yaradılmışdır. Dövlət başçısının siyasi iradəsi, diqqəti və qayğısı nəticəsində ölkəmizdə demokratik seçki təcrübəsi ildən-ilə mükəmməlləşdirilir. Qarşıdan gələn seçkilər tam azad, şəffaf və demokratik şəraitdə keçiriləcəkdir.

Həmin gün 26 saylı Sabunçu birinci və 27 saylı Sabunçu ikinci seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında da seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdir.

Prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan danışan  26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Hacı Əliyev seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən məsul vəzifələrdən, bu sahədə hər kəsin yüksək məsuliyyətindən ətraflı danışmışdır.

27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri Nadir Əjdərov seçki  hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq keçirilən kurslar bu sahədə görülən genişmiqyaslı işlərin tərkib hissəsidir.

Kurslarda MSK-nın üzvü Şaitdin Əliyev "Seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, yerlixarici müşahidəçilərin hüquq və vəzifələri" mövzusunda çıxış etmiş, seçicilərin hüquqlarının qorunması, seçkiqabağı təşviqatın aparılmasına normal şəraitin yaradılması və s. məsələlərdən ətraflı söhbət açmışdır.

 

Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, geniş fikir mübadiləsi aparılmışdır.

 

* * *

 

Avqustun 6-da 51 saylı Qusar, 52 saylı Quba və 53 saylı Quba-Qusar seçki dairələri dairə seçki komissiyalarında təşkil edilmiş kurslarda MSK-nın üzvü Validə Kazımova və bu qurumun təşkilat şöbəsinin müdiri İsmayıl Abbasəliyev mühazirə ilə çıxış etmişlər.

Təqdim olunan məruzələrdə bildirilmişdir ki, kurslar Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 2006-cı il 28 dekabr tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.

Məruzələrdə prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün möhkəm hüquqi bazanın yaradılmasından, seçkilərə hazırlıqda dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən məsul vəzifələrdən, bu sahədə hər kəsin yüksək məsuliyyətindən ətraflı danışılmışdır.

54 saylı Şabran-Siyəzən seçki dairəsində də kursların ikinci günü  müvəffəqiyyətlə keçirilmişdir. Dairə seçki komissiyasının sədri Əmircan Ocaqov bildirmişdir ki, burada təşkil edilmiş kurslarda Şabran Rayon Məhkəməsinin nümayəndəsi Səfa Məmmədov dairə seçki komissiyasının üzvləri və dairənin əhatə etdiyi 68 məntəqə seçki komissiyasının sədrləri qarşısında maarifləndirici mühazirə ilə çıxış etmişdir.

Kursların ikinci günündə Xaçmaz Rayon Polis Şöbəsinin rəis əvəzi Valik Vəlimətov 55 saylı Xaçmaz şəhər,  Xudat Şəhər  Polis Bölməsinin rəisi Elçin Rəcəbov isə 56 saylı Xaçmaz kənd seçki dairələri dairə seçki komissiyalarında təşkil edilmiş kurslarda mühazirələrlə çıxış etmişlər. Bildirilmişdir ki, ölkəmizdə seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik mövcuddur.

MSK tərəfindən regionlarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar avqust ayının 8-dək davam etdiriləcəkdir.

 

* * *

 

98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd və 100 saylı Şəmkir-Daşkəsən seçki dairələri dairə seçki komissiyalarında avqustun 6-da keçirilən kurslar seçki prosesində vacib olan bir neçə məsələnin müzakirəsi ilə yadda qalmışdır.

"Seçki siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri", "Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətinin təşkili" mövzularında dinlənilən məruzələrdən sonra müzakirələr olmuşdur.

Müzakirələrdə bildirilmişdir ki, 2013-cü il oktyabrın 9-da ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcəkdir. 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərinin yekunları bir daha  göstərdi ki, Azərbaycan demokratik cəmiyyət quruculuğu yolu ilə irəliləyən ölkələr sırasındadır. Bütün sahələrdə olduğu kimi, seçki sistemində də uğurlu nəticələrə imza atan ölkəmiz bu sahədə dünyanın bir çox ölkəsinə nümunə ola bilər. Şəffaf və demokratik şəraitdə keçən seçkilər xalqımızın iradəsini ifadə etməklə yanaşı, bu sahədə müəyyən təcrübənin qazanılmasına da müsbət təsir göstərir.

Məruzəçilər onu da qeyd etmişlər ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi mükəmməl sənəd olaraq hər bir vətəndaşın fəal seçki hüquqlarına təminat yaradır. Dünya standartlarına uyğunlaşdırılmış Seçki Məcəlləsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmiş, seçki üzrə ixtisaslaşmış təsisatların müsbət rəyini almışdır. Lakin Seçki Məcəlləsi daim təkmilləşməyə ehtiyacı olan qanunvericilik aktıdır. Bu mənada məcəllə qəbul edildikdən sonra ona müəyyən əlavələrin və dəyişikliklərin edilməsi dövrün tələbi olmaqla yanaşı, respublikada ümumi prinsiplər baxımından dünyada qəbul edilən modelə uyğun seçkilərin keçirilməsinin daim diqqət mərkəzində olmasından xəbər verir.

Kurslarda seçkilərdə böyük əhəmiyyət daşıyan seçki siyahılarının  təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması, təhlükəsizliyin təmin edilməsi və asayişin qorunması, həmçinin səslərin hesablanması və nəticələrinin rəsmiləşdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi kursların ikinci günündə Gəncədəki 37 saylı Nizami I, 38 saylı Nizami II, 39 saylı Kəpəz I və 40 saylı Kəpəz II seçki dairələrində də yaddaqalan müzakirələr olmuşdur. Şəhər icra hakimiyyətinin məsul işçiləri, eləcə də Nizami və Kəpəz rayonları məhkəmələri sədrlərinin seçkilərin azaddemokratik keçirilməsi üçün ən çox diqqət yetiriləcək məsələlərdən bəhs edən məruzələri dinlənilmişdir.

Məruzələrdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının üzərinə böyük vəzifələr düşür. Hər bir məntəqə sədri və onun üzvləri seçki prosesinə mənfi təsir göstərə biləcək amillərə qarşı mübariz olmalı, azad fikir şəraiti yaratmalıdırlar.

MSK-nın ixtisaslaşdırılmış kursları 96 saylı Goranboy-Naftalan, Goranboy-Ağdam-Tərtər, 101 saylı Göygöl-Daşkəsən, 102 saylı Samux-Şəmkir, 103 saylı Gədəbəy və 104 saylı Gədəbəy-Tovuz seçki dairələrində də maraqlı və yaddaqalan müzakirələrlə davam etdirilmiş, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyaları sədrləri üçün ixtisaslaşdırılmış kurslar avqustun 7-də davam etdiriləcəkdir.

 

* * *

 

Avqustun 6-da Qarabağ bölgəsində keçirilən təlim məşğələlərinin ikinci günündə MSK nümayəndələrinin, rayon polis şöbələri rəislərinin, dairə seçki komissiyaları (DSK) sədrlərinin seçki hüququ ilə əlaqədar müxtəlif mövzularda məruzələri dinlənilmişdir.

Bərdə rayonunda fəaliyyət göstərən 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairələri dairə seçki komissiyalarında təşkil olunan kurslarda MSK-nın nümayəndələri Samir Tağıyev, Şirzad Məmmədli, rayon polis şöbəsinin rəisi Hikmət Quliyev, DSK-ların sədrləri Şakir Əliyev və Asif Hüseynov, "Seçki prosesində KİV-lərin rolu, yerlixarici müşahidəçilərin hüquq və vəzifələri", "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri", "Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili" mövzularında məruzələrlə çıxış etmişlər.

Məruzələrdə oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərinə hazırlıq, məntəqə seçki komissiyaları sədrlərinin vəzifələri, məntəqələrin fəaliyyətlərinin təşkili, seçki prosesində KİV-lərin rolusair məsələlər barədə danışılmış, müvafiq tövsiyələr verilmiş, vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquqları barədə fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, əvvəlki seçkilərdə olduğu kimi, növbəti prezident seçkilərinin də şəffaf və demokratik keçirilməsi, obyektivliyin təmin olunması məqsədi ilə ölkəmizdə bütün imkanlar yaradılmışdır.

Bölgənin digər seçki dairələrində də eyni mövzularda məruzələr dinlənilmiş, MSK-nın təmsilçiləri dairə seçki komissiyaları üzvlərini və məntəqə seçki komissiyaları sədrlərini maraqlandıran məsələlərə aydınlıq gətirmişlər.

95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının 9 üzvünün, 37 məntəqə sədrinin, habelə qaçqın və köçkün rayonlarının seçki məntəqələri sədrlərinin iştirak etdikləri kursda tematik plana uyğun olaraq məruzələr dinlənilmiş, seçki prosesinin bütün mərhələlərinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün məntəqə seçki komissiyalarının sədrlərinə tövsiyələr verilmişdir.

İxtisaslaşdırılmış kurslar 119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyası üçün əlamətdar olmuşdur. Həmin gün Quzanlı qəsəbəsində DSK üçün inşa edilmiş yeni inzibati bina istifadəyə verilmişdir.

Yeni binada keçirilən kursda 37 məntəqə seçki komissiyasının sədri, eləcə də 118 saylı Ağdam şəhər seçki dairəsi üzrə 21, digər işğal altında olan rayonlardan 2 məntəqə sədri iştirak etmişdir. MSK-nın nümayəndəsi Ramin Nurəliyev, rayon polis şöbəsinin rəisi və DSK-nın sədri məruzələr etmiş, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün məntəqə seçki komissiyalarının vəzifələrindən danışmışlar.

82 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar uğurla davam etdirilmişdir. Kursda 43 məntəqə seçki komissiyasının sədri, dairə seçki komissiyasının 8 üzvü, həmçinin 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 3 məntəqə sədri iştirak etmişlər.

Məruzələrdə xüsusilə seçki prosesində KİV-lərin rolu, yerlixarici müşahidəçilərin hüquq və vəzifələri iştirakçıların diqqətinə çatdırılmışdır. Vurğulanmışdır ki, seçkilərin azaddemokratik keçirilməsi üçün məntəqələrdə lazımi şərait yaradılmalı, seçki prosesi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına qarşı tədbirlər görülməlidir.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsində keçirilmiş kursda rayon polis şöbəsinin rəisi Şamil Seyidli və DSK-nın sədri Mübahir Nəsirov məruzələrində seçici siyahılarının təkmilləşdirilməsi, seçki sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, seçkilərə hazırlıq, seçkilərin yüksək səviyyədə keçirilməsi və səslərin hesablanmasından bəhs etmişlər.

İxtisaslaşdırılmış kurslar 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasında da uğurla davam etdirilmişdir. Rayon polis şöbəsinin rəisi Kamandar Əsədov və DSK-nın  sədri Ramiz Teymurov seçki prosesi ilə bağlı qarşıda duran vəzifələrdən danışmışlar. Qeyd olunmuşdur ki, qarşıdan gələn prezident seçkilərində hər bir seçicinin öz iradəsini ifadə etməsi, KİV nümayəndələrinin fəaliyyəti, yerlixarici müşahidəçilərin seçki prosesini izləməsi üçün şəffaf şərait yaradılmalı, seçkilərin demokratik keçirilməsi təmin olunmalıdır.

Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasında keçirilən kurslarda seçki hüququonun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri, prezident seçkilərinin keçirilməsi, səslərin hesablanması, nəticələrin rəsmiləşdirilməsi və sair barədə məlumat verilmişdir.

48 saylı Yevlax seçki dairəsi dairə seçki komissiyasında təşkil olunmuş kurslarda DSK-nın üzvləri və 29 məntəqənin sədri iştirak etmişlər. Kurslarda Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov, rayon prokuroru və DSK-nın  sədri məruzə edərək seçki hüququ, yerli və beynəlxalq müşahidəçilər, eləcə də namizədlərin səlahiyyətli nümayəndələri ilə işin təşkili barədə danışmış, seçkilərin demokratik və şəffaf keçirilməsində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərindən bəhs etmişlər.

 

* * *

 

Mərkəzi Seçki Komissiyasının 88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş seçki dairələri dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi kurslarda rayon polis şöbəsinin rəisi İslam Hümbətovun "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri" mövzusunda məruzəsi dinlənilmişdir.

Avqustun 6-da kurslarda, həmçinin 88 saylı Göyçay seçki dairəsi dairə seçki komissiyasının sədri Eldəniz Həmidov və 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov "Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili" mövzusunda məruzə etmişlər.

Qeyd edilmişdir ki, qarşıdan gələn prezident seçkilərinə hazırlıq məqsədilə təşkil olunmuş bu kurslar Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, yüksək səviyyədə keçirilməsində mühüm əhəmiyyət daşıyır. Natiqlər onu da vurğulamışlar ki, əvvəlki seçkilərdə olduğu kimi, növbəti prezident seçkilərində də obyektivliyin təmin olunması, seçicilərin hüquqlarının qorunması, onların səsvermə prosesində sərbəst iştirakı üçün bütün imkanlar yaradılmışdır. Bunun üçün dairə seçki komissiyaları sədrlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri vardır. Kurslarda seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, yerlixarici müşahidəçilərin hüquq və vəzifələrindən danışılmış, rayonda insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması işinin təkmilləşdirilməsi və digər zəruri məsələlər müzakirə edilmişdir.

Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi ixtisaslaşdırılmış kurslar 116 saylı Qəbələ, 47 saylı Mingəçevir, 90 saylı Ağdaş seçki dairələri dairə seçki komissiyalarında da uğurla davam edir.

 Kursların ikinci günündə həmin dairə seçki komissiyalarında da eyni mövzular üzrə məruzələr dinlənilmiş, müzakirələr aparılmış, müdavimlərin sualları cavablandırılmışdır.

 

* * *

 

Avqustun 6-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən kurslarda 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara seçki dairələri dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak etmişlər.

Təlim məşğələsində rayon məhkəməsinin sədri Elçin Kazımov "Seçki hüququonun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", rayon polis şöbəsi rəisinin müavini Şaban Kərimov "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri", rayon prokurorunun müavini Mülkün Mahmudov "Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri", MSK-nın üzvü Qabil Orucov "Seçki prosesində KİV-lərin rolu, yerlixarici müşahidəçilərin hüquq və vəzifələri" mövzularında çıxış etmişlər.

Məruzələrdə qeyd olunmuşdur ki, qarşıdan gələn prezident seçkilərinə hazırlıq məqsədilə təşkil olunmuş ixtisaslaşdırılmış kurslar Avropanın bir hissəsi olan Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, yüksək səviyyədə keçirilməsində mühüm əhəmiyyət daşıyır.

 

Bildirilmişdir ki, əvvəlki seçkilərdə olduğu kimi, növbəti prezident seçkilərində də obyektivliyin təmin olunması üçün ölkəmizdə hər cür şərait yaradılmışdır. Dairə və məntəqə seçki komissiyaları üzvlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri vardır.

Seçki prosesinin bütün mərhələlərinin müvəffəqiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayan natiqlər dairə seçki komissiyaları üzvlərinin məntəqə seçki komissiyalarında maarifləndirmə istiqamətində zəruri işlər aparmalarının vacibliyindən də danışmış, seçki prosesində mənfi hallara qarşı mümkün olan bütün işlərin görülməsinin vacibliyini diqqətə çatdırmışlar.

Bildirilmişdir ki, oktyabrın 9-da ölkəmizdə növbəti seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçməsi ilk növbədə seçki məntəqələrində səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkil edilməsindən, komissiya üzvlərinin hazırlıq səviyyəsindən asılıdır. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün möhkəm qanunvericilik bazası yaradılmış, ictimai-siyasi sabitlik təmin edilmişdir.

Həmin gün 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı, 77 saylı Astara və 78 saylı Lerik seçki dairələri dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda çıxış edənlər iştirakçılara seçki hüququna dair müxtəlif məsələlər barədə ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.

 

* * *

 

41 saylı Sumqayıt birinci, 42 saylı Sumqayıt ikinci, 43 saylı Sumqayıt üçüncü, 44 saylı Sumqayıt-Abşeron və 45 saylı Abşeron seçki dairələri dairə seçki komissiyalarında (DSK) keçirilən seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslarda DSK-nın üzvləri və dairənin əhatə etdiyi məntəqə seçki komissiyalarının sədrləri, həmçinin qaçqın və məcburi köçkün rayonlarının dairə seçki komissiyalarının sədrləri iştirak etmişlər.

İxtisaslaşdırılmış kursların ikinci günündə müdavimlər Mərkəzi Seçki Komissiyasının katibliyinin şöbə müdiri Zirəddin Cəlilovun, Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadovun "Seçki prosesində kütləvi informasiya vasitələrinin rolu, yerlixarici müşahidəçilərin hüquq və vəzifələri" mövzularında məruzələrini dinləmiş, məsələ ilə əlaqədar mövcud təlimat şərh edilmişdir.

İştirakçılara seçkiləri müşahidə olunma qaydaları, seçkilərdə şərait yaradılması yolları, seçki subyektlərinə verilən vaxtlar, seçki prosesində kütləvi informasiya vasitələrinin hüquqları barədə məlumat verilmişdir.

Tədbirlərdə Sumqayıt Şəhər Polis İdarəsinin nümayəndəsi Nizami Fərəcov, şəhər post-patrul polis xidməti taborunun komandiri Eldəniz Mirzəyev, şəhər polis idarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi Zülfüqar Baxşəliyev, şəhər polis idarəsinin ictimai asayiş üzrə müavini Gəray Quliyev, Abşeron Rayon Polis Şöbəsinin rəis müavini Oqtay Süleymanlı "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri" mövzusunda məruzələrlə çıxış etmişlər.

Çıxışçılar seçici siyahılarında olan problemlərin aradan qaldırılması, şəffaflığın təmin olunması, seçki hüquqları və sair məsələlər barədə danışmışlar. Sənədlərin rəsmiləşdirilməsi, seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi, seçki siyahılarının dəqiqləşdirilməsi, polisin seçkidə iştirakı barədə geniş şərhlər verilmişdir.

Kurslarda 41 saylı Sumqayıt birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Məzahir Süleymanov, 42 saylı Sumqayıt ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri Ruslan Hacıyev, 43 saylı Sumqayıt üçüncü seçki dairəsi dairə seçki komissiyasının sədri Həsən Məmmədov və 44 saylı Sumqayıt-Abşeron dairə seçki komissiyalarının sədri Vaqif Məmmədov Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkilindən bəhs etmişlər. Məntəqələrin işlək vəziyyətdə olması, seçkilərə hazırlıq, seçkilərin keçirilməsi qaydaları barədə təlimatdan irəli gələn məsələlər dinləyicilərə geniş şərhlərlə təqdim edilmişdir.

Məruzələrdə və çıxışlarda qarşıdakı prezident seçkilərinin yüksək səviyyədə, demokratik, şəffaf keçirilməsi üçün vacib olan məsələlər iştirakçıların diqqətinə çatdırılmışdır.

Məntəqə sədrlərinə MSK tərəfindən göndərilmiş təlimatlar, Seçki Məcəlləsi, təşviqat materialları, seçici siyahıları ilə bağlı plakatlar paylanılmışdır.

Tədbirlərdə iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilmişdir.

Kurslar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 7 avqust.- S. 5.