Nigar ŞABANOVA: «İfamıza xarici turistlərin maraq göstərmələri məni çox sevindirdi»

 

"İfamıza azərbaycanlılarla yanaşı, Qəbələyə gəlmiş xarici turistlərin də maraq göstərmələri məni çox sevindirdi". Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, muğam sənətinin gənc ifaçılarından olan Nigar Şabanova AzərTAc-a müsahibəsində demişdir.

O, gənc ifaçıların belə yüksəksəviyyəli tədbirlərdə iştirak etmələrinə yaradılan şəraitə, muğamın təbliğinə və inkişafına göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

Beynəlxalq festivalın təşkilatçılığını yüksək qiymətləndirən Nigar Şabanova Azərbaycan musiqisinin zənginliyindən söhbət açaraq demişdir: "Mən bu festivalı səbirsizliklə gözləyirdim. Bu möhtəşəm incəsənət bayramında iştirak etdiyim üçün özümü xoşbəxt sayıram. Muğama dövlət qayğısı, xüsusilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədə təşəbbüsləri, muğamımızı dünyada təbliğ etmək üçün gördüyü işlər göz qabağındadır. Məlumdur ki, xalqımız milli musiqini çox sevirzövq alaraq dinləyir. Mən Qəbələdə keçirilən musiqi axşamlarında bunun bir daha şahidi oldum".

 

Azərbaycan. - 2013.- 7 avqust.- S. 7.