Rafael Ağayev Kolumbiyadan qızıl medalla qayıtdı

 

Kolumbiyada döyüş üzrə dünya oyunları keçirilmişdir. Turnirdə ölkəmizi təmsil edən karate üzrə dəfələrlə Avropadünya çempionu Rafael Ağayev (75 kq) uğurla çıxış etmişdir.

Rafael rəqiblərinə heç bir şans verməyərək finala çıxmışdır. Həlledici görüşdə azərbaycanlı idmançı alman Noa Bitşə qalib gəlmiş (5:2) və qızıl medalın sahibi olmuşdur.

Daha bir karateçimiz Şahin Atamov (+84 kq) komandamıza ikinci medalı qazandırmışdır. O, yarımfinalda alman Conatan Verner Horna məğlub olsa da, üçüncü yer uğrunda mübarizədə Yaser Şahintəkini (Türkiyə) məğlub edərək bürünc medala yiyələnmişdir.

Digər idmançımız Ayxan Mamayev (84 kq) isə mükafatçılar arasına düşə bilməmişdir.

 

Azərbaycan. - 2013.- 7 avqust.- S. 8.