Ürəyimizdən xəbər verir

 

Dövlət başçısına minnətdarlıq

 

Redaksiyamıza Cəlilabad rayonunun bir qrup sakini adından Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış teleqramın surəti daxil olmuşdur. Teleqramda deyilir:

 

Hörmətli cənab İlham Əliyev!

 

Biz cəlilabadlılar ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, o cümlədən rayonumuzun tərəqqisinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk!

Çox sağ olun ki, Siz bütün rayonlar kimi, Cəlilabadın da iqtisadi inkişafına və sosial problemlərinin həllinə böyük önəm verirsiniz. Sizin rayonumuzun bütün sahələr üzrə inkişafına, yaşayış məntəqələrinin abadlaşdırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına göstərdiyiniz kömək hər bir cəlilabadlı tərəfindən yüksək dəyərləndirilir.

Sizin 5 avqust 2013-cü il tarixli sərəncamınızla 20 min əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinə 2 milyon manat vəsaitin ayrılması da hər bir rayon sakininin, xüsusən, həmin ərazidə yaşayanların ürəyindən xəbər verdi.

Biz bu sərəncamı cəlilabadlılar üçün həm də ən böyük Ramazan hədiyyəsi kimi qəbul edir və bunun üçün Sizə dərin minnətdarlığımızı bildiririk!

Cəlilabad sakinləri adından:

 

Rahib Kərimov, Əliheydər Əsədov, Mirağa Salmanov,  Sənan Dövlətov, Tahir Əhmədov, Əlövsət Nəcəfov,  Salman Həsənov, Böyükxan Bağırov,  Qələmhüseyn Nəzərov, Mirəziz Ağalarov

 

cəmi: 600 nəfər

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 3.