İmran Cəfərzadənin ayaqlarında növbəti cərrahiyyə əməliyyatı aparılmışdır

 

Prezident İlham Əliyevin göstərişi əsasında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlin şəhərindəki "Charite" klinikasında müalicə olunan Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin ayaqlarında avqustun 6-da növbəti cərrahiyyə əməliyyatı aparılmışdır.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, əməliyyatdan sonrakı konsiliumda həkimlər İmran Cəfərzadənin sağalmasında böyük irəliləyiş olduğunu qeyd etmişlər. Klinikanın mütəxəssisləri bütövlükdə müayinənin və əməliyyatın nəticələrindən razı qalmışlar.

Növbəti müayinə avqustun 9-na, əməliyyat isə ayın 12-nə təyin olunmuşdur. Həkimlər xəstənin fizikipsixoloji durumunu normal hesab edirlər.

Azərbaycanın Almaniyadakı səfirliyi İmran Cəfərzadənin müalicəsini daim diqqət mərkəzində saxlayır, xəstənin durumuna dair yeniliklər barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını, Heydər Əliyev Fondunu və ictimaiyyəti mütəmadi olaraq məlumatlandırır.

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 5.